Məhkəmə qərarları › İş №e-2(125)-272/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-272/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-272/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 26 yanvar 2022-ci il tarixli, LK № 0119/LOM-AZN/2022 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.118 manat, hesablanmış və ödəniməmiş faiz borcunun əvəzi qismində 1.266 manat 81 qəpik, cərimə qismində 1.421 qəpik 75 qəpik, cəmi 19.806 manat 56 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149 manat 42 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 06 mart 2023-cü il tarixdə «Elektron məhkəmə» sistemi vasitəsilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 tərəflər arasında borcun ödənilməsinə dair razılıq əldə edildiyinə görə, işin məhkəmədə baxılmasına zərurət qalmadığını bildirərək, iddia ərizəsinin və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 15-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 149 manat 42 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılmalı, həmçinin iş üzrə ekspertiza keçirilməsinə görə ödənilməli olan vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 26 yanvar 2022-ci il tarixli, LK № 0119/LOM-AZN/2022 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.118 manat, hesablanmış və ödəniməmiş faiz borcunun əvəzi qismində 1.266 manat 81 qəpik, cərimə qismində 1.421 qəpik 75 qəpik, cəmi 19.806 manat 56 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149 manat 42 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 149 (bir yüz qırx doqquz) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. İddiaçı açıq səhmdar cəmiyyətindən ekspertiza keçirilməsinə görə ödənilməli olan vəsaitin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar