Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2739/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqavilələri üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, BRCB3616097B249 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 100 manat, faiz borcu üzrə 20,29 manat, xx.xx.2023-cü il tarixli, GTZK3616096B249 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2557 manat, faiz borcu üzrə 279,73 manat olmaqla, cəmi 2957,02 manat pul vəsaitinin və 49,57 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB3616097B249 nömrəli kredit xətti müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmış, “birkart” ödəniş kartı vasitəsi ilə, 58 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə 100 manat məbləğində kredit vermiş, borcalan isə həmin kredit xəttindən istifadə etmiş və krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK3616096B249 nömrəli kredit müqaviləsinə, müvafiq hesabdan çıxarışa, ödəniş qrafikinə əsasən Bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə illik 23,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 2590 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə vermiş, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmış, borcalan krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, GTZK3616096B249 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2027-ci il tarixi də daxil olmaqla 48 ay müddətinə hər ay 83,72 manat, sonuncu ay isə 85,93 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixli, BRCB3616097B249 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 100 manat, faiz borcu üzrə 20,29 manat, cəmi 120,29 manat borcu və xx.xx.2023-cü il tarixli, GTZK3616096B249 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2557 manat, faiz borcu üzrə 279,73 manat, cəmi 2836,73 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli iki kredit müqaviləsi və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bank borcalana qeyd edilən məbləğlərdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB3616097B249 nömrəli müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, irəlidə qeyd edilənlər başa düşülür: bu müqavilənin qüvvədə olduğu müddət ərzində kredit tarixçəsinin pişləşməsi və s. xx.xx.2023-cü il tarixli GTZK3616096B249 nömrəli müqavilənin 1.1.8-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin Banka xx.xx.2023-cü il tarixli BRCB3616097B249 nömrəli kredit müqaviləsi üzrə 100 manat əsas, 20,29 manat faiz olmaqla, cəmi 120,29 manat borcu və xx.xx.2023-cü il tarixli GTZK3616096B249 nömrəli kredit müqaviləsi üzrə 2557 manat əsas, 279,73 manat faiz olmaqla, cəmi 2836,73 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli BRCB3616097B249 nömrəli və xx.xx.2023-cü il tarixli GTZK3616096B249 nömrəli kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və gecikdirilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək, əsas və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır.Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı müqavilələrin şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 49,57 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB3616097B249 nömrəli kredit müqaviləsi üzrə yaranmış 100 manat əsas borc və 20,29 manat faiz borcu olmaqla, cəmi 120,29 (bir yüz iyirmi manat iyirmi doqquz qəpik) manat, xx.xx.2023-cü il tarixli GTZK3616096B249 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2557 manat əsas borc və 279,73 manat faiz borcu olmaqla, cəmi 2836,73 (iki min səkkiz yüz otuz altı manat yetmiş üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,57 (qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2739/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2739/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver