Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-275/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 6277.80 manat əsas borc olmaqla cəmi 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat kredit borcunun, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat kredit borcunun, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X10 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, borclu X14 "xxxx" ASC-nin Gəncə filialı ilə bağladığı BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 7300 manat nağd və 1000 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X14 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional“Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1421 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X7 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, X13, X5 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2V-1737 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X7 Banka ödənilməmiş qalan 6277.80 manat əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X7 Banka ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X8 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 6277.80 manat əsas borc olmaqla cəmi 6277.80 (altı min iki yüz yetmiş yeddi manat səksən qəpik) manat kredit borcunun, kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat kredit borcunun, ödənilmiş 93.18 (doxsan üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, oğlu X14 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Oğlu qızlları qoyaraq lombarddan kredit götürdüyü üçün həmin krediti bağlayaraq qızılları lombarddan çıxarmışdır. Bankın tələbini qəbul etmir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X13 və X3 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1, X13 və X3 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı X2 arasında bağlanmış BPM**********42 saylı, xx.xx.2019cu il tarixli Tam kart çərçivə müqaviləsindən görünür ki, Bank cavabdehə 15000 manadək məbləği istifadə etmək imkanı ilə tam kart verməyi, cavabdeh isə həmin kreditdən istifadəyə görə illik 24 faiz ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı X2 arasında bağlanmış BPM**********93 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 7900 manadək məbləği kredit verməyi, cavabdeh isə həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, X14 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi hər ay 257.56 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışlaından görünür ki, X7 iddiaçı Banka xx.xx.2023-cü il tarixli nağd kredit üzrə ödənilməmiş qalan 6277.80 manat əsas borcu, xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə ödənilməmiş qalan 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi trərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “V1737 reyestr nömrəli V-1028/2021 nömrəli vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X8 hər biri miras əmlakdan bərabər pay almalıdır. Miras əmlak "xxxx" QSC-nin məktubuna əsasən X11 məxsus ümumi dəyəri 883.40 manat qızıl zinyət əşyalarından ibarətdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 93,18 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı X2 arasında bağlanmış BPM**********42 saylı, xx.xx.2019-cu il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən Bank cavabdehə 15000 manadək məbləği istifadə etmək imkanı ilə tam kart verməyi, cavabdeh isə həmin kreditdən istifadəyə görə illik 24 faiz ödəməyi öhdəsinə götürmüş, BPM**********93 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsiə əsasən Bank cavabdehə 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 7900 manadək məbləği kredit verməyi, cavabdeh isə həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. X14 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi hər ay 257.56 manat ödəməyi öhdəsinə götürmüşdür. X7 iddiaçı Banka xx.xx.2023-cü il tarixli nağd kredit üzrə 6277.80 manat əsas borcu, xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə 894.97 manat əsas, 105.03 manat faiz borcu olmaqla cəmi 1000 (bir min manat) manat borcu qalmışdır. X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi trərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “V1737 reyestr nömrəli V-1028/2021 nömrəli vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə ölmüş X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X8 hər biri miras əmlakdan bərabər pay almmış, miras əmlak "xxxx" QSC-nin məktubuna əsasən X11 məxsus ümumi dəyəri 883.40 manat qızıl zinyət əşyalarından ibarət olmuş. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X12 mərhum X6 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payın həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əsasən miras onun açıldığı gündən 3 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, X14 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam etməmişdir. Buna görə də yaranmış kredit və ona hesablanmış faiz borcları X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X1 tutulmalıdır. İş materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən isə görünür ki, X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak 883.40 manat pul məbləğidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X1 müştərək qaydada 883.40 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 93,18 manat dövlət rüsumunun 11.3 manatı və 0.40 qəpik xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X7 vərəsələri Cavabdeh2, Cavabdeh1, X13 və X1 müştərək qaydada 883.40 (səkkiz yüz səksən üç manat qırx qəpik) manat əsas borc, 11,3(on bir manat otuz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-275/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-275/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver