Məhkəmə qərarları › İş №e-2(125)-2761/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2761/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2761/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 3074,29 manat əsas, 62,16 manat faiz olmaqla, cəmi 3136,45 (üç min bir yüz otuz altı manat 45 qəpik) manat borcun və ödənilmiş 52 manat dövlət rüsumunun tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3074,29 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 saylı kredit müqaviləsinə əsasən 3074,29 manat əsas, 62,16 manat faiz olmaqla cəmi 3136,45 manat borc vardır. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdehdır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 saylı kredit müqaviləsindən görünür ki, X2 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3074,29 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X1 banka xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 saylı kredit müqaviləsi üzrə 3074,29 manat əsas, 62,16 manat faiz olmaqla, cəmi 3136,45 (üç min bir yüz otuz altı manat 45 qəpik) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli, 2V-1091 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə irs almışdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-in Gəncə regional poçt filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş GNC 6/580 saylı məktuba əsasən miras qoyan X1 adına qalan kompensasiya olaraq hesablanmış, alınmadığı üçün "xxxx" MMC-in ÖXŞ tərəfindən saxlanca götürülmüş 55 (əlli beş) manat pul vəsaitindən ibarətdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra-MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən olunmuş hallarından görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehin vərəsəlik qaydasında qəbul etdiyi miras aktivin həcmi miras qoyanın adına qalan kompensasiya olaraq hesablanmış 55 (əlli beş) manat məbləğində pul vəsaitindən ibarətdir. Halbuki, vərəsələrin kreditorlar qarşısında məsuliyyətindən bəhs edən MM-in 1306-cı maddəsinə qeyd olunur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh miras qoyanın kreditoru qarşısında alınmış miras aktivi həcmində məsuliyyət daşıdığından iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi qismən təmin edilməli, X1 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 nömrəli müqavilə üzrə 55 (əlli beş) manat tutularaq Muğanbank ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli, 13-xx-xx-096393 nömrəli kredit müqaviləsi üzrə 55 (əlli beş) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar