Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2769/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»inə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.391 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 310 manat 88 qəpik,ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 05 qəpik cəmi 1.705 manat 29 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Cavabdeh qarşı həmin şəxsin qeydiyyatda olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı ASC-yə izah olunmalıdır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdehin Göygöl rayonunun Toğanalı kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 37 manat 05 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»inə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Cavabdeh qarşı hazırki iddia tələbi ilə həmin şəxsin qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 37 (otuz yeddi) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2769/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2769/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver