Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2795/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 noyabr 2014-cu il tarixli Ə/H-1993 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2.586,47 manat məbləğində borcun-bundan 1.040,58 manat əsas borcun, 176,58 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 944,55 manat cərimənin və 424,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 45.86 manat dövlət rüsumun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cu il tarixli Ə/H-1993 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1.300 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət olunmasına və 16 noyabr 2024-cü il tarixli 12-5-İ-41-4941/2024 nöğmrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh 24 noyabr 2014-cu il tarixli Ə/H-1993 nömrəli kredit müqaviləsi üzrə 28 oktyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2.586,47 manat məbləğində borcu vardır. Bundan 1.040,58 manat əsas borc, 176,58 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 944,55 manat cərimə və 424,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək,iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iddianı qalmaqda müddəti ötürmüşdür. İddia müddəti ötdüyü üçün məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cu il tarixli Ə/H-1993 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, yəni 24 may 2016-ci il tarixədək, illik 29 faiz dərəcəsi ilə 1.300 manat məbləğində kredit verilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cu il tarixli Ə/H-1993 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, yəni 24 may 2016-ci il tarixədək, illik 29 faiz dərəcəsi ilə 1.300 manat məbləğində kredit verilmişdir və müqavilənin müddəti 24 may 2016-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2025-ci il tarixdə hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında xx.xx.2016-cı il tarixədək bağlanmış və tərəflər həmin müddət ərzində kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair iddia, iddia müddəti ötürülməklə qaldırıldığından, təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2795/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2795/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver