Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2797/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Vaqif oğluna qarşı «pul tələbi və tələbin girov predmetinə yönəldilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı ASC Cavabdeh Vaqif oğluna qarşı xx.xx.2024-cü il tarixli GNLMB-15465 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.159 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 91 manat 42 qəpik, cəmi 1.250 manat 51 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin xx.xx.2024-cü il tarixli GNLMB-15465 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə Cavabdeh Vaqif oğlu arasında xx.xx.2024-cü il tarixli GNLMB-15465 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 16,2 qram, əyyarı 583 olan qolbaqdan, 1 ədəd çəkisi 4,5 qram, əyyarı 583 olan boyunbağıdan, 1 ədəd çəkisi 2 qram olan, 583 əyyarlı üzükdən və və 1 ədəd çəkisi 1,7 qram olan 585 əyyarlı sırğadan ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait hesabına xx.xx.2024-cü il tarixli GNLMB-15465 nömrəli kredit müqaviləsi üzrə borcun yetərli olmadığı halda qalan borcun Cavabdeh Vaqif oğlundan ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, GNLMB-15465 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh Vaqif oğluna şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 29 faiz ödənilməsi şərti ilə 1.620 manat məbləğində təminatlı borc verməyi, Cavabdeh Vaqif oğlu isə aldığı borcu həmin müqavilədə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş şərtlərlə qaytarmağı və həmin müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh Vaqif oğlu xx.xx.2024-cü il tarixdə 1.620 manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, GNLMB-15465 nömrəli saxlanc girovu haqqında müqavilənin, eyni tarixli və eyni nömrəli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın, razılıq ərizəsinin surətindən görünür ki, İddiaçı ASC və Cavabdeh Vaqif oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15465 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh Vaqif oğlu özünə məxsus olan 1 ədəd çəkisi 16,2 qram, əyyarı 583 olan qolbaqdan, 1 ədəd çəkisi 4,5 qram, əyyarı 583 olan boyunbağıdan, 1 ədəd çəkisi 2 qram olan, 583 əyyarlı üzükdən və və 1 ədəd çəkisi 1,7 qram olan 585 əyyarlı sırğadan ibarət ümumi çəkisi 24,4 qram olan qızıl-zinət əşyalarını girovla yüklü etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Vaqif oğluna borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Vaqif oğlunun İddiaçı ASC-yə əsas borc qismində 1.159 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 91 manat 42 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Həmin Məcəllənin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəb¬lərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcu ilə yanaşı cərimənin cavabdehdən tutulmasını, tələb üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Vaqif oğlu xx.xx.2024-cü il tarixli, GNLMB-15465 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.159 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 91 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma girov predmeti olan, cavabdehə məxsus dəyəri 1 ədəd çəkisi 16,2 qram, əyyarı 583 olan qolbaqdan, 1 ədəd çəkisi 4,5 qram, əyyarı 583 olan boyunbağıdan, 1 ədəd çəkisi 2 qram olan, 583 əyyarlı üzükdən və 1 ədəd çəkisi 1,7 qram olan 585 əyyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Vaqif oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024cü il tarixli, GNLMB-15465 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.159 (bir min bir yüz əlli doqquz) manat 09 (doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 91 (doxsan bir) manat 42 (qırx iki) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, cəmi 1.283 (bir min iki yüz səksən üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan Cavabdeh Vaqif oğluna məxsus 1 ədəd çəkisi 16,2 qram, əyyarı 583 olan qolbaqdan, 1 ədəd çəkisi 4,5 qram, əyyarı 583 olan boyunbağıdan; 1 ədəd çəkisi 2 qram olan, 583 əyyarlı üzükdən və 1 ədəd çəkisi 1,7 qram olan 585 əyyarlı sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc Cavabdeh Vaqif oğlundan ümumi qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2797/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2797/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver