Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2838/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair (Açar söz: müqavilə üzrə pul tələbi) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23088,42 manat məbləğində əsas bоrc və 1959,97 manat faiz borcu оlmaqla, cəmi 25048.39 (iyirmi beş min qırx səkkiz manat otuz doqquz qəpik) manat borcun və 165.14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddia ərizəsinin mahiyyəti: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli, 600804-839737/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 23800 (İyirmi üç min səkkiz yüz) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 04 aprel 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 23088.42 manat məbləğində əsas borc və 1959.97 manat faiz borcu оlmaqla, cəmi 25048.39 (iyirmi beş min qırx səkkiz manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh onun oğludur. Oğlu ilə iddiaçı bank arasında 01 avqust 2024-cü il tariхli, 600804-839737/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş etmişdir. Lakin, daha sonra işdən çıxarıldığı üçün ödəniş edə bilməmişdir. Oğlu Sənanın aliment öhdəliyi də vardır. Hazırki iddianın ekspert rəyinə uyğun təmin edilməsini istəyir. Cavabdeh hissə-hissə ödəniş edib borcunu bağlayacaqdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. İV. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tariхli, 600804- 839737/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, illik 16.5 faiz dərəcəsi ilə 23800 manat məbləğində krеdit vеrilmişdir. - 01 avqust 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 23800 manat məbləği imza edərək İddiaçı ASC-dən götürmüşdür. - 13 fevral 2025-ci il tarixli, 001/007/0944/2025 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borc məbləğini qısa müddət ərzində ödəməsi bildirilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. - 04 aprel 2025-ci il tarixli, 001/007/1997/2025 nömrəli maliyyə arayışından görünür ki, 04 aprel 2025-ci il tarixə borcalanın banka 23088,42 manat əsas borc və 1959,97 manat faiz borcu olmaqla, 25048,39 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 154 gün təşkil edir. - 09 aprel 2025-ci il tarixli, **********3 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 165,14 AZN dövlət rüsumu ödənilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2838/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2025-ci il tarixli, 9/4607 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 01 avqust 2024-cü il tarixli, 600804-839737/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 04 aprel 2025-ci il tarixinə İddiaçı ASC olan borcu 25008,72 manat məbləğində müəyyən edilir – o cümlədən əsas borc üzrə 23062,13 manat; faiz borcu üzrə 1946,59 manat. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. V. Tətbiq edilən hüquq: Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Lakin, məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi əsas və faiz borcunun məbləğlərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 04 aprel 2025-ci il tarixli maliyyə arayışında cavabdehin iddiaçıya 23088,42 manat əsas, 1959,57 manat faiz borcu olmaqla, cəmi 25048,39 manat borcu olması qeyd edilərək iddiaçı tərəfindən də həmin məbləğdə pul cavabdehdən tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi nəticəsində aydın olmuşdur ki, 04 aprel 2025-ci il tarixinə əsas borc məbləği 23062,13 manat, faiz borcu isə 1946,59 manat olmaqla, cavabdehin iddiaçı olan banka cəmi borcu 25008,72 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunan həddə əsas və faiz borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23062,13 (iyirmi üç min altmış iki manat on üç qəpik) manat əsas, 1946,59 (bir min doqquz yüz qırx altı manat əlli doqquz qəpik) manat faiz borcu, olmaqla ümumilikdə 25008,72 (iyirmi beş min səkkiz manat yetmiş iki qəpik) manat borc məbləği tutulub iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.9cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq hesab edir ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 165,14 (bir yüz altmış beş manat on dörd qəpik) manat dövlət rüsumunun 165,02 (bir yüz altmış beş manat iki qəpik) manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası cavabdeh tərəfin vəsatəti əsasında həyata keçirildiyindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehdən tutularaq X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Nəticə: Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23062,13 (iyirmi üç min altmış iki manat on üç qəpik) manat əsas, 1946,59 (bir min doqquz yüz qırx altı manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 25008,72 (iyirmi beş min səkkiz manat yetmiş iki qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 165,02 (bir yüz altmış beş manat iki qəpik) manatı tutularaq, iddiaçı Expressbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2838/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2838/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver