Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2851/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1627,38 manat borc məbləğinin və 36,68 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 2000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2022-ci il tarixli ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, X1 xx.xx.2023-cü il tarixinə olan borcu 1627,38 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №283457 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X1 vəfatından sonra Gəncə şəhər 6 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X1 vərəsəsi- ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X1 vərəsəsi Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Müqavilə üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin "xxxx" Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 1627,38 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum əri İbrahim Abdullayevin banka kredit borcu olduğundan xəbərsiz olmuşdur. Bankın ona müraciətindən sonra bankla əlaqə saxlamış və borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə etməyə çalışmışdır. Lakin bankdan ona məhkəmə qərarı qəbul edildikdən sonra razılaşa biləcəklərini demişlər. Mərhum ərindən miras kimi ev qalmış və mirası o qəbul etmişdir. Hazırda bankın tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən və kassa məxaric orderinin qəbzindən görünür ki, X2 illik 15% ödəmək şərtilə, 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər arasında münasibətlər bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə (https://atb.az/wp-content/uploads/2021/11/v1.0.5.pdf) tənzimlənir. Həmin standart şərtlərin 6-cı fəslinin 2.17-ci bəndinə əsasən müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə; müştəri tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. hallarda Bank bu Standart Şərtlərə və/və ya bu fəslin 1.1.-ci bəndində qeyd edilən müvafiq Müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər. Kredit hesabından çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə əsas borcdan 372,62 manat, faizlər üzrə 127,44 manat olmaqla ümumilikdə 500,06 manat ödəniş etmiş, 1627,38 manat əsas borc qalığı qalmışdır. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X1 ödəməli olduğu məbləğ əsas borc üzrə 1627,38 manat təşkil edir. AZ-İİ № 283457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 18 yanvar 2023-cü il tarixli, 58 nömrəli məktubundan görünür ki, mərhum X1 adına vərəsəlik işi açılmışdır və X1 vərəsəsi xx.xx.2022-ci il tarixdə 2V-1-150 reyestrdə irsi transmissiya qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında arvadı Cavabdehdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı «"xxxx" ASC ilə mərhum X3 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 2000 manat məbləğində kredit verilmişdir. İ.Abdullayev xx.xx.2022-ci il tarixdə ölmüş, onun bank qarşısında 1627,38 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. İ.Abdullayev öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh onun mirasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhumdan miras qalan əmlakın ev olduğunu bildirmişdir. Cavabdeh mirasqoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Öhdəliyin icrası xx.xx.2022-ci il tarixdən etibarən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum İ.Abdullayevin kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Eləcə də öhdəliyin icrası il ərzində üç dəfədən artıq ödəniş qrafikində göstərilən müddətlərdən çox gecikdirildiyindən iddiaçı qalıq əsas borc məbləğinin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Odur ki, kredit müqaviləsi üzrə icra edilməmiş 1627,38 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36,68 manat dövlət rüsumunun və bank xidmət haqqının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1627,38 manat (bir min altı yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) borc və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 36,68 manat (otuz altı manat, altmış səkkiz qəpik) pul vəsaiti alınaraq "xxxx" ASC Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-2851/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2851/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver