Məhkəmə qərarları › İş №e-2(125)-2920/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2920/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2920/2024 31.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4611,70 manat əsas kredit borcu, 499,67 manat kreditdən istifadəyə görə faiz və 45,35 manat cərimə borcu olmaqla, cəmi 5156,72 manat və iddianın verilməsi üçün ödənilmiş 71,57 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmış və cavabdehə 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 5900 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış 5FİZAM159009001 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 5240***-*******01L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdirlər. Nəticədə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 4611,70 manat, faiz üzrə 499,67 manat və cərimə üzrə 45,35 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, bankdan kredit götürmüşdür. Bir müddət gecikmə olmadan ödənişlər etsə də, xəstəliyi səbəbindən borcun ödənilməsində gecikmələr olmuş, müalicəsinin pulunu çatdıra bilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, kredit götürülən zaman zamin durmuşdur. Həmin vaxt işi olmuşdur, ancaq hazırda heç yerdə işləmir, gəliri olmadığı üçün kömək edə bilməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli əsas kredit razılaşmasının surətindən görünür ki, iddiaçı cavabdehə 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək krediti limiti açmağı və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli sms bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 18% olmaqla 5900 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 5FİZAM159009001 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli müqavilə üzrə 4611,7 manat əsas borc, 499,67 manat faiz borcu və 45,35 manat cərimə hesablanmaqla, cəmi 5156,72 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə müqavilənin ləğvi və borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli sms bildirişə əsasən 48 ay müddətinə, illik 18% olmaqla 5900 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 5FİZAM159009001 nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlərin xx.xx.2022ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya 4611,70 manat əsas borc, 499,67 manat faiz borcu, 45,35 manat cərimə olmaqla, cəmi 5156,72 manat kredit borcu qalmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsi üzrə 4611,70 manat əsas borc, 499,67 manat faiz borcu, 45,35 manat cərimə olmaqla, cəmi 5156,72 manat kredit borcu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 71,57 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 5240***-*******01L nömrəli kredit müqaviləsi üzrə 4611,70 manat əsas borc, 499,67 manat faiz borcu, 45,35 manat cərimə olmaqla, cəmi 5156,72 (beş min yüz əlli altı manat 72 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 71,57 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar