Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2939/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2021-ci il tarixli GTKR4282291A299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5100,58 manat, faiz borcu üzrə 582,44 manat, cəmi 5683,02 manat pul vəsaitinin və xx.xx.2021-ci il tarixli BRED4452017A127 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2701 manat, faiz borcu üzrə 243,76 manat, cəmi 2944,76 manat pul vəsaitinin və 106,28 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4282291A299 nömrəli kredit müqaviləsinə və balansdankənar məxaric orderinə əsasən Bank borcalana istehlak məqsədi ilə 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə ödəmək şərtilə 6593 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə vermiş, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmış, borcalan krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRED4452017A127 nömrəli birkart kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmış, “birkart” ödəniş kartı vasitəsi ilə, xx.xx.2024-cü il tarixinədək illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 2700 manat məbləğində kredit vermiş, borcalan isə həmin kredit xəttindən istifadə etmiş və krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli GTKR4282291A299 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2024-cü il tarixdə daxil olmaqla 35 ay müddətinə hər ay 266,19 manat, sonuncu ay 270,15 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5100,58 manat, faiz borcu üzrə 582,44 manat, cəmi 5683,02 manat və xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2701 manat, faiz borcu üzrə 243,76 manat, cəmi 2944,76 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh qeyd etmişdir ki, 2021-ci ildə anasının səhhəti ilə bağlı bankdan kredit götürmüşdür, ailədə tək işləyən odur, əvvəllər ödənişlər etsə də, anası yenə əməliyyat olunduğu üçün son 4-5 ay ödənişlər etməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bank borcalana qeyd edilən məbləğlərdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4282291A299 nömrəli müqavilənin 1.1.7-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, irəlidə qeyd edilənlər başa düşülür: bu müqavilənin qüvvədə olduğu müddət ərzində kredit tarixçəsinin pişləşməsi və s. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə cavabdehin Banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5100,58 manat əsas, 582,44 manat faiz olmaqla, cəmi 5683,02 manat borcu və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2701 manat əsas, 243,76 manat faiz olmaqla, cəmi 2944,76 manat borcu yaranmışdır. Beləliklə, sözügedən müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2022-ci il tarixli sonuncu bildirişdən görünür ki, cavabdehə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka hər iki müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı müqavilələrin şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 106,28 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5100,58 manat əsas borc və 582,44 manat faiz borcu olmaqla, cəmi 5683,02 (beş min altı yüz səksən üç manat, iki qəpik) manat və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2701 manat əsas borc və 243,76 manat faiz borcu olmaqla, cəmi 2944,76 (iki min doqquz yüz qırx dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,28 (bir yüz altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2939/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2939/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver