Məhkəmə qərarları › İş №e-2(125)-2975/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2975/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2975/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərər üzrə qalıq borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət əməli nəticəsində vurulmuş zərər üzrə 26615,76 (iyirmi altı min altı yüz on beş manat 76 qəpik) manat pulun və 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 29 avqust 2015-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müddətsiz olaraq satış təmsilçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. Cavabdeh vəzifə funksiyalarının icrası zamanı əmək funksiyalarının icrasını kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui - istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. Qeyd olunan xüsusatlar əsasında cavabdeh tərəfindən iddiaçıya 36615,76 manat məbləğində zərər yetirilmişdir. İddiaçı tərəfindən sözügedən hüquqpozuntuları aşkar olunduqdan sonra aidiyyəti üzrə hüquq- mühafizə orqanlarına müraciət ünvanlanmışdır. Törədilmiş cinayət əməlləri nəticəsində iddiaçıya vurulmuş zərər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmiş və bununla da cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri üzrə cinayət təqibi həyata keçirilmişdir. Yekun olaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-36/2022 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3,179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı cavabdeh tərəfindən 10000 (on min) manat məbləğində ödəniş həyata keçirilmişdir. Hal hazırda cavabdehin iddiaçıya vurmuş olduğu zərər üzrə qalıq borc məbləği 26615,76 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 26615,76 manat vurduğu zərəri hissə-hissə ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli əməyin mühafizəsi, daxili intizam qaydaları və vəzifə təlimatları barədə iltizamdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış təmsilçisi kimi təlimata əməl etmədiyi təqdirdə bütün maddi və mənəvi məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən, tam maddi məsuliyyət haqqında müqavilədən və xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə tam maddi məsuliyyət və əmək müqaviləsinə əsasən İddiaçı MMCnin satış təmsilçisi kimi işləmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-36/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh iddiaçıya ümumilikdə 36615,76 (otuz altı min altı yüz on beş manat yetmiş altı qəpik) manat maddi ziyan vuraraq ondan xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 10000 (on min) manatını İddiaçı MMC-yə ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh iddianı qəbul edərək borcu etiraf etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, cavabdehin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsini qəbul edib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddia təmin olunmalı, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 26615,76 (iyirmi altı min altı yüz on beş manat 76 qəpik) manat pul alınıb iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 26615,76 (iyirmi altı min altı yüz on beş manat 76 qəpik) manat pul və 170 (bir yüz yetmiş) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar