Məhkəmə qərarları › İş №e-2(125)-3014/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3014/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3014/2025 23.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR4696889A299saylı kredit müqaviləsinə əsasən 7016.90 AZN əsas; 460.25 AZN faiz; cəmi 7477.15 AZN borcu, xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən 667.08 AZN əsas; 167.18 AZN faiz; cəmi 834.26 AZN borcun və ödənilmiş 103,11 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbində qeyd edilən işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4696889A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay, illik 15% faiz dərəcəsi ilə 12050 AZN kredit verilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 986 AZN onun kartına mədaxil edilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR4696889A299saylı kredit müqaviləsinə əsasən 7016.90 AZN əsas; 460.25 AZN faiz; cəmi 7477.15 AZN borcu, xx.xx.2022-ci il tarixli, BRCB8661236A299saylı kredit müqaviləsinə əsasən 667.08 AZN əsas; 167.18 AZN faiz; cəmi 834.26 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclası iştirakçıları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, EMİS – Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə, məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılması, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam qəbul edərək izahatında bildirdi ki, iddiaçı bankla arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4696889A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay, illik 15% faiz dərəcəsi ilə 12050 AZN kredit və xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 986 AZN məbləğində kredit verilmişdir. Səhhətində problem yarandığı və işdən çıxdığı üçün krediti ödəyə bilməmişdir. Hal-hazırda da işsiz olduğundan ödəniş edə bilmir. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4696889A299 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay, illik 15% faiz dərəcəsi ilə 12050 AZN kredit məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh kartına illik 27 faiz dərəcəsi ilə 986 AZN mədaxil edilmişdir. - xx.xx.2025-ci il tarixli, 15/01278 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4696889A299 saylı Kredit müqaviləsinə əsasən ona 60 ay, illik 15% faiz dərəcəsi ilə 12050 AZN kredit məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 986 AZN onun kartına mədaxil edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 2022-ci il tarixli, GTKR4696889A299 saylı kredit müqaviləsinə əsasən 7016.90 AZN əsas, 460.25 AZN faiz; cəmi 7477.15 AZN borcu, xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən 667.08 AZN əsas, 167.18 AZN faiz; cəmi 834.26 AZN borcu vardır. - xx.xx.2025-ci il tarixli, 20-100-16/MH2990 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borc məbləğlərinin, yəni əsas və faiz borclarının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, GTKR4696889A299 saylı kredit müqaviləsinə əsasən 7016,90 (yeddi min on altı manat doxsan qəpik) AZN əsas, 460,25 (dörd yüz altmış manat iyirmi beş qəpik) AZN faiz olmaqla, cəmi 7477,15 (yeddi min dörd yüz yetmiş yeddi manat on beş qəpik) AZN; xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən 667,08 (altı yüz altmış yeddi manat səkkiz qəpik) AZN əsas; 167,18 (bir yüz altmış yeddi manat on səkkiz qəpik) AZN faiz olmaqla cəmi 834,26 (səkkiz yüz otuz dörd manat iyirmi altı qəpik) AZN tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 103,11 (bir yüz üç manat on bir qəpik) AZN dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 103,11 (bir yüz üç manat on bir qəpik) AZN cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4696889A299 saylı kredit müqaviləsinə əsasən 7016,90 (yeddi min on altı manat doxsan qəpik) AZN əsas, 460,25 (dörd yüz altmış manat iyirmi beş qəpik) AZN faiz, cəmi 7477,15 (yeddi min dörd yüz yetmiş yeddi manat on beş qəpik) AZN məbləğində borc; xx.xx.2022-ci il tarixli, BRCB8661236A299 saylı kredit müqaviləsinə əsasən 667,08 (altı yüz altmış yeddi manat səkkiz qəpik) AZN əsas, 167,18 (bir yüz altmış yeddi manat on səkkiz qəpik) AZN faiz, cəmi 834,26 (səkkiz yüz otuz dörd manat iyirmi altı qəpik) AZN məbləğində borc və məhkəmə xərci qismində ödənilmiş 103,11 (bir yüz üç manat on bir qəpik) AZN dövlət rüsumu olmaqla ümumilikdə 8414,52 (səkkiz min dörd yüz on dörd manat əlli iki qəpik) AZN tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar