Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3037/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində borcun və 500 manat vəkilə ödənilmiş xidmət haqqının, cəmi 4000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qısa müddət əvvəl tanımış və onun iddiaçıya kənd təsərrüfatı işlərində kömək edəcəyi ilə bağlı razılıq əldə etmişlər. Bu razılıqdan sonra o, bildirmişdir ki, onun yanında rahat işləməsi üçün əvvəldən başqa şəxslərə yığılmış borclarının olduğu 3500 manat pula ehtiyacı var. Əgər pulu ona versə o borclarını bağlayar və ona işlərində kömək edər. O da onun dediklərinə inanıb ona 3500 manat borc pul vermişdir. O pulu aldıqdan bir neçə gün sonra cavabdehi nə qədər axtarsa da tapa bilməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə izahatını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan əlyazmanın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı ona xx.xx.2024-cü il tarixdə cəmi 3500 manat məbləğində pulu borc verdiyini qeyd edərək imzası ilə təsdiq etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmədə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara müəyyən edildi ki, cavabdeh iddiaçıdan 3500 manat məbləğində borc almış, lakin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı 3500 manat borcu ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3500 manat borc tutulmalıdır. Bundan başqa, iş materiallarından və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə vəkil Nümayəndə 410400D**********123 saylı hesabına 500 manat məbləğində pul köçürmüşdür. Məhkəmə hesab edir ki, iddia 3500 manat tələbi hissədə təmin edildiyindən, hüquqi yardımım göstərilməsi ilə əlaqədar 500 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Baxılan işdə ödənilməli olan dövlət rüsumu 60 manat məbləğini təşkil edir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxsdir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. və Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3037/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3037/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver