Məhkəmə qərarları › İş №e-2(125)-3045/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3045/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3045/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, Cavabdeh 260 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 290 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı (bundan sonra sığortalı avtomobil) avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçı tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh etibarnamə əsasında “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 qanuni sahibliyində olan “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, hadisədə təqsirli olan “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 260 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən zərərçəkən (avtomobilin qanuni sahibi) X3 ödənilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Gəncə şəhəri, Eminbəyli küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 260 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə Şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0946/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi sığortalı avtomobillə xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsi baş verdikdən sonra sürücü - cavabdeh hadisə yerini tərk etmişdir. Bu hərəkətlərinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmişdir. İş materiallarına “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı əks etdirən bəzi fotoşəkillər, eləcə də yol nəqliyyat hadisəsi yerinin sxemi əlavə edilmişdir. İş materiallarında olan 1005/20 nömrəli, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 260 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən 260 manat sığorta ödənişi X3 ödənilməsi üçün hesablanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, CM0933/20 nömrəli sığorta aktına əsasən xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə 260 manat məbləğində sığorta ödənişi xx.xx.2020-ci il tarixində avtomobili etibarnamə əsasında idarə edən X2 bank hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0946/23 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 260 manat sığorta ödənişinin 7 iş günü ərzində iddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2020-ci il tarixində, saat 20:39 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə “Mercedes Benz A160” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücüsü onu etibarnamə ilə idarə edən Cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “Volkswagen Crafter” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X5 olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, eləcə də sığortalanmış əmlaka vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş cəmi 260 (iki yüz altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar iddia tələbinin əsaslı olduğunu təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib, habelə vurulan ziyanın məbləğinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 260 (iki yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar