Məhkəmə qərarları › İş №e-2(125)-3098/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3098/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3098/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Cavabdehnın iştirakı ilə, İddiaçı «X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: «X2 Azərbaycan” QSC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10883.82 manat əsas borc, 648.59 manat faiz borcu və 34.2 manat cərimə borcu olmaqla, cəmi 11566.61 manat kredit borcunun, 0.40 xidmət haqqı və 124,70 manat dövlət rüsumunun tutulub iddiaçı «X2 Azərbaycan” QSC-nin xeyrinə əsas məbləğ üzrə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Azərbaycan” QSC tələbini onunla əsaslandırmışdır ki, “xx/xx/2024-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında 306097 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 11000 manat məbləğində pul ayrılmışdır və о, 48 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə 10883.82 manat, faiz məbləği üzrə 648.59 manat, cərimə məbləği üzrə: 34.2 manat, cəmi borc 11566.61 manat məbləğində təşkil edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etmiş, sözügedən krediti aldığını, iddia edilən borc məbləği ilə razı olduğunu, ancaq, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “xx/xx/2024-cü il tarixli 306097 nömrəli Kredit müqaviləsindən müəyyən olunur ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 11000 manat məbləğində pul ayrılmışdır və о, 48 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xx/xx/2024-cü il tarixli kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə 10883.82 manat, faiz məbləği üzrə 648.59 manat, cərimə məbləği üzrə: 34.2 manat, cəmi borc 11566.61 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 22 aprel 2025 -ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 124,70 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı «X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış “xx/xx/2024-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında 306097 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 11000 manat məbləğində pul ayrılmışdır və о, 48 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 10883.82 manat, faiz məbləği üzrə 648.59 manat, cərimə məbləği üzrə: 34.2 manat, cəmi borc 11566.61 manat iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 124,70 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranan 10883,82 manat məbləğində əsas borc, 648,59 manat məbləğində faiz borcu və 34,20 manat cərimə borcu olmaqla, cəmi 11566,61 (on bir min beş yüz altmış altı) manat 61 qəpik məbləğində pul və «X2 Azərbaycan” QSC tərəfindən ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 125,10 (bir yüz iyirmi beş) manat 10 qəpik məbləğində pul Cavabdeh tutularaq, «X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar