Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3127/2025 16.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2010-cu tarixli 114 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 128.100 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 284.195 manat 12 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 703 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv/m olan 3 otaqlı 140 nömrəli mənzilə yönəldilməsi,həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlaka yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu tarixli 114 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 128.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında sonuncunun sərəncamında olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 140 nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2010-cu tarixli 144/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu tarixli 114 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Cavabdeh LPO İddiaçı ASC qarşısında 128.100 manat əsas borc, 284.195 manat 12 qəpik faiz borcu, cəmi 412.295 manat 12 qəpik məbləğində borc öhdəliyi yaranmışdır. Sonda iddiaçının nümayəndəsi A.Y.Bayramov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək iddianın əsassız olduğunu və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, 114 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə mənzil almaq məqsədilə 128.100 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli 114/1 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixli, 114 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv/m olan 3 otaqlı 140 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 12-5/2-M-21-4559/2025 nömrəli maliyyə arayışının surətindən görünür ki, həmin arayışda Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 128.100 manat əsas borc, 284.195 manat 12 qəpik faiz borcu, cəmi 412.295 manat 12 qəpik borcunun olduğu qeyd olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 140 nömrəli mənzil Cavabdeh məxsus deyil, X5 məxsusdur. İşdə LPO İddiaçı ASC-nin «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, LPO İddiaçı ASC-nin X1 qarşı e-2(125)-3127/2025 nömrəli mülki iş üzrə mülki işin icraatı ilə əlaqədar ipotekanın dövlət qeydiyyatına alınmasını, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatının aparılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, tələb olunan sənədlər bankda mövcud deyildir. Həmçinin Cavabdeh məxsus kassa məxaric orderinin də təqdim edilməsi xahiş olunmuşdur. Lakin 2010-cu il tarixə aid olan kassa məxaric orderi saxlama müddəti başa çatdığı üçün məhv edilmişdir. İşdə olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli hesadan çıxarışdan görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Cavabdeh AZ93ZAMİ**********1AZMC00001 nömrəli hesab üzrə heç bir əməliyyat aparmadığı müəyyən olunmuşdur. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********765 nömrəli məktubun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 180 ay müddətinə qaytarmaq şərtilə 100.000 manat məbləğində kredit verilmişdir. ünvan 2 ünvanında yerləşən binada 3-cü blok, 15-ci mərtəbə, 147 nömrəli mənzilin alınması üçün xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə LPO İddiaçı ASC qarşısında borc öhdəliyi mövcud deyildir. İş materiallarında olan "xxxx" MMC tərəfijndən verilmiş xx.xx.2025-ci il tarixli, 28 nömrəli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 140-cı mənzilə dair "xxxx" firması ilə Cavabdeh arasında 2010-cu ilin may ayında bağlanmış müqavilə, həmin mənzilə görə heç bir ödəniş olunmadığına görə, 2010-cu ilin avqust ayında ləğv edilmişdir. Bundan sonra qeyd edilən ünvan 4 ünvanda yerləşən 140 saylı mənzil xx.xx.2012-ci il tarixdə İddiaçı ASC tərəfindən X4 verilən kreditlə alınmış və sonuncunun həmin götürdüyü məbləği İddiaçı ASC-nə tam ödəmişdir. Qeyd edilən mənzilə dair X2 İddiaçı ASC-nə borcu yoxdur. Bundan başqa yaşayış binası tam inşa edilməmişdən öncə, alqı-satqı müqaviləsi bağlanarkən, mənzilin nömrəsi müqavilədə 140 kimi göstərilmiş, bina tam inşa edildikdən sonra ona 147 nömrəsi verilmiş, eyni zamanda N.Rəfiyev küçəsi 25, 25A kimi qeydiyyata alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 114 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə mənzil almaq məqsədilə 128.100 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. Sonradan LPO İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin LPO İddiaçı ASC tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 114 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra etməsini və daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutları, habelə həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış ipoteka müqaviləsinin oxunaqlı olan nüsxəsini, ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumatları və s. məhkəməyə təqdim etməmişdir. Qeyd olunanların əksinə "xxxx" MMC-nin məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 28 nömrəli məktubunda ipoteka ilə yüklü edildiyi bildirilən mənzilin başqa şəxsin mülkiyyətində olduğu və həmin mənzilin hər hansı qaydada yüklü olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3127/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3127/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver