Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3141/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2340.26 (iki min üç yüz qırx manat, iyirimi altı qəpik) manat əsas, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2340.28 (iki min üç yüz qırx manat, iyirimi səkkiz qəpik) manat borcun və ödənilmiş 43.41 (qırx üç manat, qırx bir qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019cu il tarixli BPM**********12 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 20 %-lə 50 ay müddətinə 3000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1012 saylı cavab məktubundan görünür ki, X3 qalmış mirasıCavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş 2340.26 manat əsas, 0.02 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülən iddianı etiraf etdiyi barədə məhkəməyə ərizə verərək, bildirmişdir ki, atası X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan torpaq sahəsi miras qalmışdır. Mərhum atasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olması ona məlumdur. Həmin borcu ödəmək istəyir. Ancaq, maddi imkanları olmadığı üçün borcu birdəfəlik ödəyə bilməz, lakin borcu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan, iddiaçı X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********12 nömrəli kredit müqaviləsindən görünür ki, X2 illik 20%-lə 50 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, X6 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, mərhum X4 iddiaçı Banka 2340.26 manat əsas, 0.02 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1012 nömrəli məktubundan görünür ki, mərhum X4 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X4 vərəsəsi oğlu Cavabdehdur. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 43.41 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli BPM**********12 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən X5 illik 20 %-lə 50 ay müddətinə 3000 manat nəğd kredit verilmişdir. X6 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1012 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 vərəsəsi Cavabdehdur. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X4 öldüyü tarixə banka ödənilməmiş 2340.26 manat əsas, 0.02 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmədə ona qarşı qaldırılan iddianı etiraf etmiş və bu barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsinə əsasən; Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.( maddə 220.1.) Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. (maddə 220.2.) Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər, nümayəndələr və vəkillər, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir. (maddə 220.3.) Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. (220.4.) Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, irəli sürülən iddia qanuni və əsaslıdır. Həmçinin, Cavabdeh iddianı etiraf etdiyi barədə məhkəməyə ərizə vermişdir.İddianın cavabdeh tərəfindən etiraf edilməsi ilə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Buna görə də X3 miras yaranmış kredit borcu onun vərəsəsi Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mərhum X4 vərəsəsi Cavabdeh 2340.26 manat əsas, 0.02 manat faiz borcu alınaraq iddiaçı Banka verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43.41 manat və 0,4 (qırx qəpik) manat xidmət haqqı da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2340.26 manat əsas və 0.02 manat faiz borcu olmaqla cəmi, 2340.28 (iki min üç yüz qırx) manat 28 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43.41 (qırx üç) manat 41 qəpik məbləğində pul və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3141/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3141/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver