Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-315/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borcalan X1 vərəsələri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli, 800805- 646505/1 saylı kredit müqaviləsi üzrə 383,75 manat məbləğində kredit borcu və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə və tutmanın girov qoyulmuş və vərəsəlik hüququ ilə Cavabdeh1 və Cavabdeh2 məxsus 583 əyyarlı, 17,3 qram çəkidə 1 ədəd qolbağı və 880 əyyarlı 8,6 qram çəkidə 1 ədəd kulona yönəldilməsinə, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank ilə X3 arasında xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi xx.xx.2019-cu il tarixli girov müqaviləsi bağlanmış və borc öhdəliyinin təminatı qismində X2 məxsus 583 əyyarlı, 17,3 qram çəkidə olan 1 ədəd qolbağı və 880 əyyarlı, 8,6 qram çəkidə 1 ədəd onluq kulon saxlanca girov qoyulmuşdur. Borcalan xx.xx.2019-cu ildə ölmüşdür. Borcalanın öldüyü tarixə 383,75 manat əsas borcu qalmış faiz hesablanmamışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan məlum olmuşdur ki, qanun üzrə vərəsə mərhumun qızı Cavabdeh2 və oğlu Cavabdeh1 mirası qəbul etmişlər. Cavabdehlər mirası qəbul etdikləri vaxtdan kredit borcunu ödəməmişlər, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. İddiaçı məcbur olub öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X2 18 ay müddətinə, illik 30 % faiz ödəmək şərtilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 800805-646505/1 saylı girov müqaviləsindən görünür ki, X3 xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi özünə məxsus 583 əyyarlı ümumi çəkisi 17,3 qram olan bir ədəd qolbağını və 880 əyyarlı ümumi çəkisi 8,6 qram olan bir ədəd onluq kulondan ibarət qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girov qoymuşdur. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X3 "xxxx" ASC-dən 1000 manat pulu qəbul etmişdir. AZ-İ 984696 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2163 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X1 adına qalan miras əmlaka dair qızı Cavabdeh2 və oğlu Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2019-cu il tarixdə isə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli, 001/007/6973/2023 saylı maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli kredit müqaviləsi üzrə 383,75 manat əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 383,75 manat kredit borcu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb girov predmeti olan 583 əyyarlı ümumi çəkisi 17,3 qram olan bir ədəd qolbağına və 880 əyyarlı ümumi çəkisi 8,6 qram olan bir ədəd onluq kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunun vəsait hesabına kredit borcu ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli kredit müqaviləsi üzrə 383,75 (üç yüz səksən üç manat 75 qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Tutma xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli girov müqaviləsi üzrə girov qoyulmuş 583 əyyarlı 17,3 qram çəkidə olan bir ədəd qolbağına və 880 əyyarlı 8,6 qram çəkidə olan bir ədəd onluq kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına xx.xx.2019-cu il tarixli, 800805-646505/1 nömrəli kredit müqaviləsi üzrə borc ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-315/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-315/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver