Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-327/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul, tutmanın ipoteka predmetinə yönəldilməsi, daşınmaz əmlakın boşaldılması və təhvil verilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 15.587 manat 95 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.539 manat 26 qəpik, cərimə qismində 3.874 manat, cəmi 22.001 manat 84 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 156 manat 01 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat və xidmət haqqının əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tələbin Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 27 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi və hərracdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 27 nömrəli evin 24 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin qaytarılması barədə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı QSC tərəfindən ödənilmiş 156 manat 10 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı QSC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. İş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul, tutmanın ipoteka predmetinə yönəldilməsi, daşınmaz əmlakın boşaldılması və təhvil verilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 156 (bir yüz əlli altı) manat 10 (on) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə məhkəm-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertiza Mərkəzinin hesabına köçürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-327/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-327/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver