Məhkəmə qərarları › İş №e-2(125)-3283/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3283/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3283/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı“kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat, cəmi 5078.18 (beş min yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcun və 70.79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 dröd) min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Rüstəmov Elsevər Əli oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Rüstəmov Elsevər Əli oğlunun əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat, cəmi 5078.18 (beş min yetmiş səkkiz manat on səkkiz qəpik) manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM QBKT məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmədə işə baxılarkən cavabdehlər ilə telefon əlaqəsi saxlanılmış, cavabdehlər məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 dröd) min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi hər ay götürdüyü krediti faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixdə İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə iddiaçı ”FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh2 4.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat, cəmi 5078.18 (beş min yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 dröd) min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin banka əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat, cəmi 5078.18 (beş min yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcu vardır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam icra etməmişdir. Buna görə də yaranmış kredit borcu ondan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin ediməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0700 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat, cəmi 5078.18 (beş min yetmiş səkkiz manat on səkkiz qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70.79 manat tutularaq İddiaçı MM QBKT-nə ödənilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 70.79 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı sayıldığından ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70.79 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357,358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3744.00 manat, faiz borcuna görə 1096.16 manat, cərimə borcuna görə 238.02 manat olmaqla, cəmi 5078.18 (beş min yetmiş səkkiz) manat 18 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70.79 (yetmiş) manat 79 qəpik məbləğində pul tutularaq İddiaçı MM QBKT-nə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar