Məhkəmə qərarları › İş №e-2(125)-3334/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3334/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3334/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 11 oktyabr 2021-ci il tarixli, GTKR4260651A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 manat 52 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 manat 13 qəpik, 10 may 2022-ci il tarixli, BRED5276057A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 411 manat 57 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 34 qəpik, cəmi 4.330 manat 56 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 63 manat 31 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 31 mart 2023-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 11 oktyabr 2021-ci il tarixli, GTKR4260651A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 manat 52 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 manat 13 qəpik, 10 may 2022-ci il tarixli, BRED5276057A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 411 manat 57 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 34 qəpik, cəmi 4.330 manat 56 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 63 manat 31 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 31 mart 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli, GTKR4260651A299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 24,71% borc faizləri ödəməsi şərtilə, 35 ay müddətinə 4.080 manat məbləğində kredit vermişdir. İşdə olan 10 may 2022-ci il, BRED5276057A299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 25% borc faizləri ödəməsi şərtilə, 31 may 2025-ci il tarixədək 430 manat 97 qəpik məbləğində kredit vermişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh onunla kredit müqaviləsi bağlanacağı təqdirdə onun İddiaçı açıq səhmdar cəmiyyəti, habelə «Paşa Bank» açıq səhmdar cəmiyyəti və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərdən istənilən məbləğdə akseptsiz qaydada silinərək ödənilməsinə etiraz etmir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 30 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 manat 52 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 manat 13 qəpik, 10 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 411 manat 57 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 34 qəpik, cəmi 4.330 manat 56 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən «müvafiq qaydada imzalanma» tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 11 oktyabr 2021-ci il tarixli, GTKR4260651A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 manat 52 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 manat 13 qəpik, 10 may 2022-ci il, BRED5276057A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 manat 52 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 manat 13 qəpik, cəmi 4.330 manat 56 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 manat 31 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 11 oktyabr 2021-ci il tarixli, GTKR4260651A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.194 (üç min yüz doxsan dörd) manat 52 (əlli iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 602 (altı yüz iki) manat 13 (on üç) qəpik, 10 may 2022-ci il, BRED5276057A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 411 (dörd yüz on bir) manat 57 (əlli yeddi) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 (bir yüz iyirmi iki) manat 34 (otuz dörd) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 (altmış üç) manat 31 (otuz bir) qəpik, cəmi 4.393 (dörd min üç yüz doxsan üç) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar