Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3335/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2821 manat əsas borc, 877,85 manat faiz borcu, 120 manat cərimə olmaqla, cəmi 3818,85 manat məbləğində pulun və ödənilmiş 58,59 manat dövlət rüsumunun tutularaq tələbin girov predmeti olan 750 əyarlı, çəkisi 12,25 qram olan bir ədəd qolbağı, 750 əyarlı, çəkisi 14,47 qram olan iki ədəd üzük, 880 əyarlı, çəkisi 4,80 qram olan bir ədəd beşlikdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsinə, həmin qızıl-zinət əşyalarının satılaraq dəyərinin borc hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə borcun cavabdehin əmlakına, əmək haqqına və digər gəlirlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % maraq faizi ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 25922 saylı girov müqaviləsinə əsasən ona (borcalana) məxsus olan 750 əyarlı, çəkisi 12,25 qram olan bir ədəd qolbağı, 750 əyarlı, çəkisi 14,47 qram olan iki ədəd üzük, 880 əyarlı, çəkisi 4,80 qram olan bir ədəd beşlikdən ibarət qızıl-zinət əşyaları "xxxx" Azərbaycan MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, kredit borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin təşkilata 2821 manat əsas, 877,85 manat faiz, 120 manat cərimə olmaqla, cəmi 3818,85 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında 24 ay müddətinə illik 30 % dərəcəsi ilə, 3000 manat məbləğində borc verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq borcverən tərəfindən borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin 1 faizi miqdarında cərimə hesablanır. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli 25922 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 07 fevral 2020-ci il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 750 əyarlı, çəkisi 12,25 qram olan bir ədəd qolbağı, 750 əyarlı, çəkisi 14,47 qram olan iki ədəd üzük, 880 əyarlı, çəkisi 4,80 qram olan bir ədəd beşlikdən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə 2821 manat əsas, 877,85 manat faiz, 120 manat cərimə borcu olmaqla, cəmi 3818,85 miqdarında borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 120 dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin əmlakına, əmək haqqına və digər gəlirlərinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələbin borclunun girov predmeti olmayan başqa əmlakın yönəldilməsi məcburi icra tədbiri olmaqla “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcburi icra tədbirləri isə məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasından, icraya yönəldilməsindən və tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətin keçməsindən sonra görülə bilər. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 58,59 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2821 manat əsas borc, 877,85 manat faiz borcu, 50 manat dəbbə pulu olmaqla, cəmi 3748,85 manat (üç min yeddi yüz qırx səkkiz manat, səksən beş qəpik) pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,59 (əlli səkkiz manat əlli doqquz qəpik) manat pul tutularaq Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma girov predmeti olan, Cavabdeh çəkisi 750 əyarlı, çəkisi 12,25 qram olan bir ədəd qolbağı, 750 əyarlı, çəkisi 14,47 qram olan iki ədəd üzük, 880 əyarlı, çəkisi 4,80 qram olan bir ədəd beşlikdən ibarət qızıl-zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait hesabına tələb ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-3335/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3335/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver