Məhkəmə qərarları › İş №e-2(125)-3342/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3342/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3342/2024 21.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı 28 fevral 2020-ci il tarixli, ***- *******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 813 manat 09 qəpik, xx.xx.2021-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 344 manat 25 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində, cəmi 1.274 manat 80 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 20,30 qram təşkil edən 583 əyyarlı boyunbağıya yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi T.İ.Abdinov məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***- *******LK280220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 850 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli ***-*******LK280220-01/QZ2/1 nömrəli girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əlavə imzalanmış xx.xx.2020-ci il tarixli Qiymətləndirmə və təhvil-təslim aktına əsasən göstərilmiş cavabdehə məxsus ümumi çəkisii 20.30 qram olan 583 əyyarlı boyunbağı banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə ödənilməmiş cəmi 1.274 manat 80 qəpik məbləğində borcu vardır. Cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də ləğv prosesində olan İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda T.İ.Abdinov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ***-*******LK280220-01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 27% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə 850 manat məbləğində kredit vermişdir. Mülki işdə olan xx.xx.2020-ci il tarixli, ***-*******LK280220-01/QZ2/1 nömrəli qızılzinət əşyalarına dair girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh eyni tarixli, ***- *******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətindəki ümumi çəkisi 20.30 qram olan 583 əyyarlı boyunbağısı İddiaçı ASC-yə girov qoyulmuşdur. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə borcu əsas borc qismində 813 manat 09 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 402 manat 42 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 59 manat 29 qəpik, cəmi 1.274 manat 80 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2020-ci il tarixdə 833 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2020ci il tarixli, ***-*******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh azalan faiz dərəcəsi ilə kredit müddətinin sonunadək yəni xx.xx.2021-ci il tarixədək 196 manat 03 qəpik məbləğində faiz borcu hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, qiyməti 1.320 manat olan Cavabdeh məxsus ümumi çəkisi 20,30 qram 583 əyyarlı boyunbağı İddiaçı ASC-yə girov qoyulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 813 manat 09 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin iddiaçı hesablanmış və ödənilməmiş faiz borcunun 402 manat 42 qəpik məbləğində olduğunu tələb etsə də sözügedən məbləğin hansı üsulla hesablandığını sübut edə bilməmişdir. Belə ki, ödəniş cəvdəlindən görünür ki, borclunun krediti ödənişini vaxtı-vaxtında etdiyi təqdirdə faiz borcu azalan dərəcə ilə hesablanmışdır. Lakin cavabdeh kredit borcundan heç bir ödəniş etmədiyindən kredit müqaviləsinin qüvvədə olduğu tarix ərzində hesablanmış və ödənilməmiş faiz borcu illik sabit 27 faiz dərəcəsi ilə 344 manat 25 qəpik təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ***- *******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 813 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 344 manat 25 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 59 manat 29 qəpik, cəmi 1.216 manat 63 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma girov qoyulmuş qızıl-zinət əşyasına yönəldilməli və həmin əmlak ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla, cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, girov qoyulmuş qızıl-zinət əşyasının satışından əldə edilmiş vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra edilməsi hissəsində ləğv prosesində olan İddiaçı ASC-inin iddiası, hazırki iddia ilə əhatə olunduğuna görə və həmin hissədə qərar məhkəmə qətnaməsinin icrası qaydasında icra məmurları tərəfindən həyata keçirilməli olduğuna görə, qeyd edilən hissədə iddia üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32 manat 16 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28 fevral 2020-ci il tarixli, ***-*******LK280220-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 813 (səkkiz yüz on üç) manat 09 (doqquz) qəpik, 28 avqust 2021-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 344 (üç yüz qırx dörd) manat 25 (iyirmi beş) qəpik, müqavilənin bitdiyi tarixdən – 28 avqust 2021-ci il tarixdən 27 fevral 2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 59 (əlli doqquz) manat 29 (iyirmi doqquz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 32 (otuz iki) manat 16 (on altı) qəpik, cəmi 1.248 (bir min iki yüz qırx səkkiz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan Cavabdeh məxsus 1 ədəd ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar