Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3343/2025 08.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 109.LN.1675.090719.00003 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.055 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 109 manat 56 qəpik, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun əvəzi qismində 20 manat 16 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat 85 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində xx.xx.2019-cu il tarixli, 109.LN.1675.090719.00003 nömrəli kredit müqaviləsinə istinad etməklə, ödənilməmiş əsas borcun əvəzi qismində 4.055 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 109 manat 56 qəpik, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun əvəzi qismində 20 manat 16 qəpik məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, həmin kredit müqaviləsi ilə nəzərdə tutulan məbləğin Cavabdeh təqdim olunmasını (kassa məxaric orderini, bank kartının təqdim olunmasına dair qəbzi və s.) təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən ödənilmiş 61 manat 85 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən LPO İddiaçı ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 61 manat 85 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3343/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3343/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver