Məhkəmə qərarları › İş №e-2(125)-3392/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3392/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3392/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi iddiaçının, yaxud cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməli olduğu halda Gəncə Şəhər Məhkəməsinə verilmişdir. Belə ki, iddia ərizəsinə proses iştirakçıları siyahısına cavabdeh kimi əlavə edilmiş Cavabdeh fərdi məlumatları “Elektron məhkəmə” informasiya sistemində araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində soyadı, adı, atasının adı Cavabdeh, rəsmi qeydiyyat ünvanı kimi ünvan 1 ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə fərdi yaşayış evi, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE 7182847) qeyd olunmuş cavabdeh ilə iddia ərizəsinə əlavə olunmuş digər sənədlər üst-üstə düşmür. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilib edilməməli olması məsələsinin düzgün həlli üçün məlumatların dəqiqləşdirilməsi məqsədilə İddiaçı ilə video görüntülü telefon əlaqəsi saxlanılmış, bu zaman onun özü də məhkəməyə vermək istədiyi şəxsin başqa şəxs olduğunu, onun daha yaşlı və Şəki rayonunda yaşadını təsdiqləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyatı üzrə əsl cavabdehin yaşayış yeri üzrə rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə yenidən ərazi aidiyyatı üzrə əsl cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar