Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3409/2023 07.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 07 iyun 2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.717 manat 84 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 58 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı İddiaçı açıq səhmdar cəmiyyəti ilə 07 iyun 2018-ci il tarixdə kredit müqaviləsi bağlamış Cavabdeh 22 fevral 2019-cu ildə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Cavabdeh 22 fevral 2019-cu ildə öldüyünə görə hazırki halda istər mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə, istərsə də mülki hüquq və fəaliyyət qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinə görə bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 07 iyun 2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.717 manat 84 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 58 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 37 manat 18 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Ödənilmiş 37 (otuz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3409/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3409/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver