Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3419/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, CLEE003106012 nömrəli kredit müqaviləsinə əsasən, 25019.9 manat əsas, 2205.65 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla, ümumilikdə 27225.56 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 171.68 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003106012 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 59 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 26800 manat məbləğində kredit limiti açılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 25019.9 manat əsas, 2205.65 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla, ümumilikdə 27225.56 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 171.68 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh qeydiyyat yeri üzrə 6-2-22/2-9425/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərin iddiaya dair münasibətləri: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 mart 2024cü il tarixli, CL-EE003106012 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. - Bank hesab məlumatlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bank hesabına 19 mart 2024-cü il tarixdə 26800 manat köçürülmüşdür. - 23 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 22 aprel 2025-ci il tarixə borcalanın Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 25019.9 manat əsas borc və 2205.65 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla, cəmi 27225.56 manat borcu mövcuddur. - 10 mart 2025-ci il tarixli, 6-2-22/2-9425/2025 nömrəli bildirişdən görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan borcu qısa müddət ərzində ödəməkləri, ödəmədikləri təqdirdə isə barələrində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003106012 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 59 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 26800 manat məbləğində kredit limiti açılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 25019.9 manat əsas, 2205.65 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla, ümumilikdə 27225.56 manat təşkil edir. Ona görə də, məhkəmə müqavilənin şərtinə uyğun olaraq əsas, faiz və cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, CLEE003106012 nömrəli kredit müqaviləsinə əsasən, 25019.9 (iyirmi beş min on doqquz manat doxsan qəpik) manat əsas, 2205.65 (iki min iki yüz beş manat altmış beş qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 27225.56 (iyirmi yeddi min iki yüz iyirmi beş manat əlli altı qəpik) manat tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş ödənilmiş 171.68 (yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, CLEE003106012 nömrəli kredit müqaviləsinə əsasən, 25019.9 (iyirmi beş min on doqquz manat doxsan qəpik) manat əsas, 2205.65 (iki min iki yüz beş manat altmış beş qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 27225.56 (iyirmi yeddi min iki yüz iyirmi beş manat əlli altı qəpik) manat, iddia ərizəsi üçün ödənilmiş 171.68 (bir yüz yetmiş bir manat altmış səkkiz qəpik) AZN dövlət rüsumu və 0.40 (qırx qəpik) AZN bank xidmət tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-3419/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3419/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver