Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-349/2025 13.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsas borca faizlərin hesablanması və ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 11273,32 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26149,25 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 280,86 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 21760,43 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 11 273,32 ABŞ dolları faiz borcunun, xx.xx.2015ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)- 5277/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 49915,35 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 26149.25 ABŞ dolları faiz borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 281 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 19 mart 2014-cü il tarixli, 003mk/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməməsi və lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq, iddiaçı "xxxx" KB ASC “kreditin, kredit faizlərinin və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə ilə Cavabdeh Bankın xeyrinə 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas borc, 2377,17 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24187,6 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas borc, 5082,06 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55297,41 ABŞ dolları olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 ABŞ dollarının tutulması; tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması və iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(043)-5277/2017 nömrəli qətnaməsi “29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas borc, cəmi 24187,6 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas borc, cəmi 55297,41 ABŞ dolları olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 ABŞ dolları” və “ipoteka predmetinin ilkin satış qiyməti 120.000 manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilmiş, 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dollar, cəmi borc 23924,06 ABŞ dolları müəyyən edilməsi, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 49863,61 ABŞ dolları, cəmi borc 55245,67 ABŞ dolları müəyyən edilməsi, hər iki, yəni 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi borc 79169,73 ABŞ dolları müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1ci döngədə yerləşən 10 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 300.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə Ali Məhkəmənin 2(102)- 4035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və kassasiya şikayəti təmin edilməmişdir. Məlum qətnamələrin çıxarılmasına baxmayaraq Cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilməmiş, ödənişlər aparılmamışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul olunduğu gündən heç bir ödəniş edilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etiraz edərək göstərdi ki, qətnamənin icrasının gecikməsi onun qərəzli hərəkətləri səbəbindən baş verməmişdir. O, qətnamədən narazı qaldığı üçün yuxarı instansiya məhkəmələrinə apellyasiya və kassasiya şikayətləri vermişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Sonda iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 10 saylı fərdi yaşayış evinin hərrac yolu ilə "xxxx" KB ASC tərəfindən 191250 manata alınmış, lakin, hazırki vaxta qədər borcluya, yəni, Cavabdeh ödəniləsi fərq "xxxx" KB ASC tərəfindən ödənilməmişdir. Bununla belə qətnamənin icrasının Cavabdeh tərəfindən deyil, iddiaçı "xxxx" KB tərəfindən yubadıldığını, buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil yazılı etirazında göstərmişdir ki, iddia tələbi tamamilə əsassız, qanunsuz bir tələbdir və bu tələb birbaşa cavabdehin mülkiyyət hüquqlarını pozur. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına düzgün istinad edilməmişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Eyni zamanda həmin qərara əsasən, oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bu baxımdan hazırkı işin hallarından aydın olur ki, tərəflər arasında müqavilə xx.xx.2015ci il tarixdə bağlanılmış və borclu bir müddət ödənişi etsə də, ölkədə baş verən devalivasiya nəticəsində borclu ödənişi davam etdirə bilməmişdir. Yəni, qərəzli olaraq deyil, özündən asılı olmayan səbəbdən ödənişi davam etdirə bilməmişdir və MM-in 449.3cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları cavabdehə şamil oluna bilməz. Bundan sonra isə qanunvericiliyin ona verdiyi prosessual hüquqlarından istifadə edərək məhkəmə qətnamələrindən şikayət vermiş, yekun məhkəmə qərarı çıxarıldıqdan sonra girov əmlakı vaxtında təhvil verərək kirayəyə çıxmışdır. Əksinə əmlakın kreditor tərəfindən hərrac yolu ilə əldə edilməsindən sonra kreditor qətnamədə qeyd edilməsinə baxmayaraq ki, əmlakın dəyəri ilə borc fərqi borcluya ödənilsin, hazırkı vaxta qədər məhkəmə qətnaməsini icra etməkdən yayınaraq borcluya həmin pul məbləği ödənilməmişdir. Buradan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsi, əmlakın hərraca çıxarılması və kreditor tərəfindən əldə edilməsi baş vermiş, borclu məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş, lakin, hazırda iddiaçı olan tərəf qətnamənin icrasından yayınmışdır. Yuxarıda qeyd edilən qərarda göstərilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Hazırkı iş üzrə Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermişdir və MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları ona şamil olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki işə əlavə edilmiş edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 USD əsas borc, 2377,17 USD faiz borcu və 50 USD cərimə borcu olmaqla cəmi 24187,6 USD, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 USD əsas borc, 5082,06 USD faiz borcu və 300 USD cərimə borcu olmaqla cəmi 55297,41 USD olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 (yetmiş doqquz min dörd yüz səksən beş dollar bir sent) USD milli manat ekvivalentində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-7/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 nömrəli qətnaməsi “29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 USD əsas borc, cəmi 24187,6 USD, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 USD əsas borc, cəmi 55297,41 USD olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 (yetmiş doqquz min dörd yüz səksən beş dollar bir sent) USD” və “İpoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilməsi, 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dollar, cəmi borc 23924,06 ABŞ dolları müəyyən edilməsi, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 49863,61 ABŞ dolları, cəmi borc 55245,67 ABŞ dolları müəyyən edilməsi, hər iki, yəni 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə cəmi borc 79169,73 ABŞ dolları müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 300000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat (150+100=250) (məhkəmə-mühasibatlıq və tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları) Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 350 manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4035/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 7/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3409/2024 nömrəli, 23 iyul 2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" KB ASC-yə və AR X1 Əmlak Hərrac Mərkəzinə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ətələbi rədd edilmişdir. 09 oktyabr 2024-cü il tarixli, PKKİED-OUT-07354-2024 nömrəli arayışdan görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Kəpəz” filialının müştərisi olan Cavabdeh 09 iyun 2015ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2017 tarixdən xx.xx.2024 tarixədək illik 7,25 faizlə hesablanmış faiz borcu 26149,25 (iyirmi altı min bir yüz qırx doqquz dollar iyirmi beş sent) USD müəyyən edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə sonuncu ödəniş 26 yanvar 2016-cı il tarixində 717,13 USD (yeddi yüz on yeddi dollar on üç sent) məbləğində edilmişdir. 09 oktyabr 2024-cü il tarixli, PKKİED-OUT-07355-2024 nömrəli arayışdan görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Kəpəz” filialının müştərisi olan Cavabdeh 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2017 tarixdən xx.xx.2024 tarixədək illik 7,25 faizlə hesablanmış faiz borcu 11273,32 (on bir min iki yüz yetmiş üç dollar otuz iki sent) USD müəyyən edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə sonuncu ödəniş 26 yanvar 2016-cı il tarixində 320,73 USD (üç yüz iyirmi dollar yetmiş üç sent) məbləğdə edilmişdir. 11 oktyabr 2024-cü il tarixli "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 11273,32 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26149,25 ABŞ dolları borcu olduğu və 5 gün ərzində yaranmış borcun icra edilməsi əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 24 iyun 2024-cü il tarixli aktdan görünür ki, imza edənlər böyük icra məmuru X5, tələbkarın nümayəndəsi X4 və borclunun həyat yoldaşı aktı tərtib etmişlər ondan ötrü ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-7/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinə gəlmişlər. Gəlişin səbəbi borclulara izah edilmişdir. Borclunun həyat yoldaşı Əhməd Kərimi bildirmişdir ki, evdə əşyalar çoxdu, həmin əşyaların boşaldılması üçün vaxt verilməsini xahiş etdi. İcra vərəqəsinin icrası xx.xx.2024cü il tarixə təxirə salındı. Tələbkarın nümayəndəsinin razılığı ilə. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən qəbul edilmiş “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən mənzil açıq hərraca çıxarılmış və qalib alıcı "xxxx" KB ASC tərəfindən 191250 manat məbləğində alınmışdır. Lakin, "xxxx" KB ASC borcluya ödəniləcək fərqi ödəməmişdir. Tərəflərindən tələbkar "xxxx" KB ASC-yə xəbərdarlıq edilməsinə baxmayaraq, borcluya ödəniləsi fərqi ödəməmişdir. 16 may 2024-cü il tarixli, 67/24 nömrəli “X1” "xxxx" MMC tərəfindən verilmiş açıq hərracın yekunları barədə protokoldan (ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) görünür ki, qalib alıcı tələbkar hüquqi şəxs "xxxx" KB ASC hərracdakı satış qiymətindən (təkrarda satış qiyməti 255000 manat) 25 faiz az olmamaqla, ipoteka predmetini 191250 manat məbləğində əldə etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli, A.C 35652/24 nömrəli məktubundan görünür ki, əmlakın açıq hərracda satışından artıq qalan vəsaitin borcluya qaytarılmasının təmin edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/934 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsinin şərtlərinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024-cü il tarixədək keçən dövr üçün illik 5 (beş) faiz və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 nömrəli qətnaməsi nəzərə alınmaqla icranın gecikdirilməsinə görə 8271,77 ABŞ dolları (7138,70 ABŞ dolları +1133,07 ABŞ dolları) məbləğində borcun yaranması müəyyən edilir. Qeyd edilir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış borc 7138,70 ABŞ dolları, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış borc 1133,07 ABŞ dolları təşkil edir; İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsinin şərtlərinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024-cü il tarixədək keçən dövr üçün illik 5 (beş) faiz və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 nömrəli qətnaməsi nəzərə alınmaqla icranın gecikdirilməsinə görə 18936,91 ABŞ dolları (16.320,42 ABŞ dolları + 2616,50 ABŞ dolları) məbləğində borcun yaranması müəyyən edilir. Qeyd edilir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış borc 16.320,42 ABŞ dolları, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış borc 2616,50 ABŞ dolları təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı zərəin ödənilməsinin xx.xx.2024-cü il tarixədək və bank usot dərəcəsinin 7,25% dərəcəsi ilə hesablanaraq tutulmasını tələb etmişdir. Halbu ki, 16 may 2024-cü il tarixədə hərrac nəticəsində ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına borc tamamilə ödənilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh tərəfin öz etirazlarının əsası kimi, icranın kecikdirilməsində onun təqsirinin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan görünür ki, borclunun gecikdirilmiş vaxt üçün illik 5% ödəməli olmasının əsas şərti onun pul məbləginin ödənilməsinin gecikdirməsidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024-cü il tarixədək 79169,73 ABŞ dolları pul vəsaiti qaytarılmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)-5277/2017 nömrəli qətnaməsinə əsasən hər iki müqavilə üzrə cəmi 79485,01 ABŞ dolları pulun tutulması qət olunmuş, cavabdehin apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-7/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən hər iki müqavilə üzrə cəmi 79169,73 ABŞ dolları borcun tutulması qət edilmişdir. Ekspert ryindən görünür ki, faizlərin hesablanması Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə tutulan məbləğ üzrə hesablanmışdır. Ona görədə məhkəmə hesab edir ki, ödənilməli olan faizin məbləgi Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən 79169,73 ABŞ dolları borca görə hesablanmalıdır. Yəni 79485,01-79169,73=315,27 dollar məbləğində borca görə hesablanmış faiz məbləgi çıxılmalıdır. Belə ki (6il x 360 gün =2160 gün) (315,27 x 5%=15,7635) (15,7635:360 gün=0,043 dollar) (2160 gün x 0,043 dollar = 92,88 dollar) MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı və xx.xx.2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqavilələri üzrə üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 27115,8 (iyirmi yeddi min yüz on beş dollar 80 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 228,29 manat dövlət rüsumu və ekspertiza xərci olaraq 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı və xx.xx.2015-ci il tarixli, 003mk- 3/14 saylı əlavə kredit müqavilələri üzrə üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5277/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsinin çıxarıldığı tarixdən, yəni 10 iyul 2017-ci ildən hərracın keçirildiyi tarixə, yəni 16 may 2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 27115,8 (iyirmi yeddi min yüz on beş dollar 80 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və 228,92 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-349/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-349/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver