Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-352/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37000 manat pulun, 25 qram çəkidə olan reket formalı 583 əyyarlı qızıl sepin və ya onun dəyəri olan 2500 manat pulun, hüquqi yardımın göstərilməsi haqqında müqavilənin rəsmiləşdirilməsi üçün ödənilmiş 350 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək 25 qram çəkidə olan reket formalı 583 əyyarlı qızıl sepin iddiaçıya qaytarıldığını bildirərək iddia tələbinin 37000 manat pulun, hüquqi yardımın göstərilməsi haqqında müqavilənin rəsmiləşdirilməsi üçün ödənilmiş 350 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh avtomobil alqı-satqısı zamanı tanımışdır. Sonradan aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. Bu səbəbdən bir-birlərinə qarşı inamları yaranmışdır. Bir gün cavabdeh ona iş qurmaq istədiyini, bunun üçün ona pul lazım olduğunu bildirmiş və ondan lazım olanda borc verməyini xahiş etmişdir. Ona etibarı olduğu üçün 2020-ci ildən 2022-ci ilə kimi müxtəlif vaxtlarda və müxtəlif məbləğdə borc pul vermişdir. Ara-sıra borcundan qaytarsa da, yenidən ondan borc almışdır. Beləliklə, 2022-ci ilin fevral ayına kimi cavabdehin ona olan borcu artıq 31000 manat təşkil etmişdir. Həmin vaxt cavabdeh ona 31000 manat borcunun olmasının etiraf edilməsi barədə qəbz də vermişdir. Qəbzi yazdıqdan sonra da yenidən cavabdehə 2000 manat borc vermiş və ümumi borcu 33000 manat təşkil etmişdir. Sonradan cavabdeh müxtəlif vaxtlarda həmin puldan 10000 manatını qaytarsa da, yerdə qalan 23000 manatı bu günə kimi qaytarmamışdır. Bundan başqa, bir ara avtomobil alıbsatmaq qərarına gəlmiş və 2-3 dəfə avtomobil alıb-satmışdır. Axırıncı dəfə Cavabdeh köməkliyi ilə 14000 manata Mercedes Benz E230 markalı avtomobil almışdır. Guya avtomobili alıb yaxşı pul qazanacaqdırlar. Avtomobilin pulunu o versə də, satmaq işi ilə cavabdeh məşğul olacağını bildirmişdir. Ona görə də avtomobil cavabdehdə qalmışdır. Hər dəfə soruşanda elan verdiyini bildirmişdir. Bir gün hətta cavabdeh ona zəng vuraraq bildirmişdir ki, “Mənə sürmək üçün etibarnamə ver, aparıb Bakı şəhərində satım.” Cavabdehə inandığı üçün onunla razılaşmış və birlikdə notariat ofisinə getmişdirlər. Lakin notariat ofisində etibarnaməyə imza etmək istəyərkən əməkdaşlar avtomobilin satılması üçün etibarnamə verdiyini izah etmişdirlər. Bundan sonra etibarnamə verməkdən imtina etmiş və evə qayıtmışdır. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, “Onsuz da istəsəm sənsiz də sata bilərəm.” Lakin hesab etmişdir ki, sərəncam vermək haqqında etibarnamə ona verildiyinə görə bunu edə bilməz. Bu hadisədən sonra da cavabdeh maşına müştəri axtardığını, müxtəlif saytlarda elanlar verdiyini, tezliklə satılacağını bildirmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra ona bildirmişdir ki, “Avtomobili sənsiz satmışam, borcum olduğu üçün onun pulunun başqa şəxsə vermişəm. Sənin pulunu isə tezliklə qaytaracam.” Lakin cavabdeh bu günə kimi avtomobilin pulundan ona hər hansı məbləğdə pul verməmişdir. Ona görə də sözügedən avtomobil üçün verdiyi 14000 manatı da cavabdehdən tələb edir. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını bildirir. Lakin həmin pullar onun tərəfindən çox çətinliklə qazanılmış pullardır və şəxsi mülkiyyəti hesab olunur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, səs yazılarında cavabdeh avtomobilə görə iddiaçıdan 15000 manat pul aldığını etiraf edir, lakin buna baxmayaraq iddiaçı 14000 manat tələb edir, iddia həcmini artırmamışdırlar. Pulu iddiaçı verməsinə baxmayaraq alqı-satqı işi ilə cavabdeh özü məşğul olacağını demiş, maşını satan adamla cavabdeh özü danışmış, nəticədə maşın etibarnamə əsasında başqa şəxsə satılmış, pulunu isə iddiaçıya verməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair xx.xx.2022ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər İddiaçı 31000 manat pulu hissə-hissə borc əsasında aldığını, həmin pulu İddiaçı qaytaracığına söz verdiyini, 31000 manat borcu həyat yoldaşı X6 da bildiyini və qaytaracağı 31000 manat pula hər ikisinin cavabdeh olduğunu öz imzası ilə təsdiq etmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisində 7E-17338 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X3 Benz E230 minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini xx.xx.2021-ci il tarixədək İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Mercedes Benz” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X8 adına qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixdə sözügedən avtomobil BDYPİ-nin Xaçmaz RQİ və TBŞ-də X7 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə BDYPİ-nin Şirvan RQİ və TBŞ-də X4 adına qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin Xaçmaz RQİ və TBŞ tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13- 16/10/2-5230/2024 nömrəli məktubuna əlavə olunmuş- Xaçmaz RQİ və TBŞ-də bağlanılmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X11 özünə məxsus olan “Mercedes Benz E230 minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi Şirvan RQİ və TBŞ tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş- xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mülkiyyətçi X10 “Mercedes Benz E230 minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X1. İddiaçı tərəfindən təqdim olunmuş səs yazılarını əks etdirən DVD diskə qulaq asılmış, cavabdehin iddiaçı ilə danışıqları zamanı cavabdeh iddiaçıdan hissə-hissə olmaqla borc aldığını, həmin borcdan 23000 manat əl borcu qaldığını, 15000 manat isə maşına görə borcu qaldığını demişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı yazılı razılaşma olmuş, cavabdeh iddiaçıdan 31000 manat məbləğində borc alması barədə qəbzə imza etmişdir. İddiaçı iddia etmişdir ki, qəbzi yazdıqdan sonra da yenidən cavabdehə 2000 manat borc vermiş və cavabdehin ümumi borcu 33000 manat təşkil etmişdir. Cavabdeh müxtəlif vaxtlarda həmin puldan 10000 manatını qaytarsa da, yerdə qalan 23000 manatı bu günə kimi qaytarmamışdır. Bundan başqa, cavabdehin köməkliyi ilə 14000 manata “Mercedes Benz E230” markalı avtomobil aldıqlarını, həmin avtomobili satıb yaxşı pul əldə edəcəkləri barədə razılaşdıqları halda cavabdehin ondan xəbərsiz maşını sataraq başqa borcunu ödədiyini, ona isə heç bir ödəniş etmədiyini göstərərək, 14000 manat pulu da cavabdehdən tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi, iddiaçının cavabdehə 31000 manat məbləğində borc pul verməsi işin mübahisələndirilməyən hallarıdır. İddia tələbinin avtomobilə görə 14000 manat pulun tələb olunmasına dair məhkəmə qeyd edir ki, iddiaçının həmin avtomobilin dəyərini tələb etməkdə hüquqi əsası olmamışdır. Belə ki, işdə olan sübutlardan görünür ki, qeyd olunun avtomobilin əvvəlki mülkiyyətçisi X11 iddiaçıya sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini xx.xx.2021-ci il tarixədək vermişdir. Həmin tarixdə etibarnamə qüvvəsini itirdikdən sonra avtomobilin mülkiyyətçisi X8 özü tərəfindən avtomobil özgəninkiləşdirilmişdir. Cavabdehin həmin avtomobili satması barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Cavabdehin telefon vasitəsi ilə avtomobilə görə 15000 manat pulu etiraf etməsi işdə olan sübutlarla ziddiyət təşkil etdiyindən onun etirafı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddianın etirafından bəhs edən Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 da avtomobilə görə tələb olunan pulun tələb olunmasına etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23000 (iyirmi üç min) manat pul və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 350 manat alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 159 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat pul, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 350 manat və 159 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-352/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-352/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver