Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3534/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, iddia ərizəsində tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən iddiaçının cavabdehə ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə, 20 000 manat məbləğədək krediti verə bilməsi göstərilmişdir. Ərizəyə əlavə edilmiş kredit müqaviləsinin 1.1-ci bəndinin məzmunu da yuxarıdakı şəkildədir. Lakin iddia ərizəsində cavabdehə hansı şərtlərlə, hansı məbləğdə kreditin hansı tarixdə verildiyi, hansı miqdarda pulun, hansı tarixdən etibarən qaytarılmaması (gecikdirilməsi) göstərilməmiş, cavabdehdən 468,98 manat əsas borc, 31,05 manat faiz borcu və 2,16 manat dəbbə pulu tələb edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən də cavabdehə hansı şərtlərlə və hansı məbləğdə kreditin verilməsini, kreditin faiz dərəcəsini, gecikdirilmiş məbləği və gecikdirmə günlərinin sayı kimi işin həlli üçün əhəmiyyət kəsb edən məlumatları müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 284-4.1.3-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-3534/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3534/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver