Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3535/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, iddiaçı «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.291 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 288 manat 50 qəpik, cərimə qismində 47 manat 94 qəpik, cəmi 1.628 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə, ödənilməmiş əsas borcun əvəzi qismində 1.291 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 288 manat 50 qəpik, cərimə qismində 47 manat 94 qəpik, cəmi 1.628 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, həmin müqavilədə tərəflər arasında öhdəliklərin yaranması (kreditin verilməsinə razılıq, kreditin məbləği, ödənilmə müddəti və s.) onların digər hərəkətləri etməsi ilə (SMS bildirişlərin göndərilməsi, onların qəbulu və cavab bildirişlərin göndərilməsi və s.) şərtləndirilmişdir. Lakin iddia ərizəsinə xx.xx.2021-ci il tarixli müqavilədə qeyd olunan öhdəlik yaradan hərəkətlərin edilməsinə, eləcə də verilmiş və qaytarılmış kreditin məbləğinə dair sübutlar əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «X1» açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 36 manat 29 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı «X1» açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 36 (otuz altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı «X1» açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3535/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3535/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver