Məhkəmə qərarları › İş №e-2(125)-3580/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3580/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3580/2024 05.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə üzrə 3747.01 manat əsas, 48.65 faiz olmaqla, ümumilikdə 3795.66 manat borcun, kart limiti üzrə üzrə 790.87 manat əsas, 12.67 manat faiz olmaqla ümumilikdə 803.54 manat borcun və ödənilmiş 66 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20%-lə 48 ay müddətinə 4100 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 3747.01 manat əsas borcu, 48.65 manat faiz borcu qalmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə vəfat etdiyi tarixə 790.87 manat əsas borcu və 12.67 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı irəlisürülən iddiaya etiraz etməmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 qalmış mirası qəbul etdiyini, onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmasının ona məlum olduğunu bildirmişdir. Həmin borcu ödəməyə etiraz etmədiyini, ancaq, maddi imkanları olmadığı üçün borcu birdəfəlik ödəyə bilməyəcəyini göstərrmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsindən görünür ki, X1 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X4 illik 20%-lə 48 ay müddətinə 4100 manat məbləğində kredit verilmiş, X5 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi üzrə X3 iddiaçı Banka 3747.01 manat əsas, 48.65 manat faiz, xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 790.87 manat əsas və 12.67 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli V- 163/2022 nömrəli vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, mərhum X2 qalmış mirasa arvadı-Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras Gəncə şəhəri, N.Nərimanov prospekti, 1-ci döngə, ev 1, 52 saylı mənzildən ibarətdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə Bank tərəfindən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti, xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi üzrə illik 20%-lə 48 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. X5 tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqavilələri üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, mərhum X3 vərəsəsi Cavabdehdır. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 öldüyü tarixə banka xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi üzrə X3 iddiaçı Banka 3747.01 manat əsas, 48.65 manat faiz, xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 790.87 manat əsas və 12.67 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından mərhum X3 ondan qalmış mirası qəbul etmiş vərəsəsi Cavabdeh hərəkətləri qanunla onun üzərinə qoyulan vəzifələrin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, X5 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam etməmişdir. Buna görə də yaranmış kredit və ona hesablanmış faiz borcları mərhum X3 vərəsəsi-Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi üzrə 3747.01 manat əsas, 48.65 faiz olmaqla, ümumilikdə 3795.66 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 790.87 manat əsas, 12.67 manat faiz olmaqla, ümumilikdə 803.54 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 66.40 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. iddiaçı "xxxx" ASC ilə X5 arasında baəlanmış xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi üzrə 3747.01 manat əsas, 48.65 faiz olmaqla, ümumilikdə 3795.66 (üç min yeddi yüz doxsan beş) manat 66 qəpik məbləğində pul, xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 790.87 manat əsas, 12.67 manat faiz olmaqla, ümumilikdə 803.54 (səkkiz yüz üç) manat 54 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 66.40 (altmış altı) manat 40 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar