Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3600/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Hacıyeva Gülnar Dilsuz qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 8217.97 (səkkiz min iki yüz on yeddi manat, doxsan yeddi qəpik) manat əsas, 143.73 (yüz qırx üç manat, yetmiş üç qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8361.71 (səkkiz min üç yüz altmış bir manat, yetmiş bir qəpik) borcun, kart limiti üzrə 357.01 (üç yüz əlli yeddi manat, bir qəpik) manat əsas borcu və 6.90 (altı manat, doxsan qəpik) faiz borcu olmaqla ümumilikdə 363.91 (üç min üç yüz əlli manat, otuz yeddi qəpik) manat borcun və ödənilmiş 107.26 (yüz yeddi manat, iyirimi altı qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Hacıyeva Gülnar Dilsuz qızı arasında xx.xx.2023-cü il tarixli, BPM**********02 nömrəli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Hacıyeva Gülnar Dilsuz qızına illik 20.9 faizlə, 48 ay müddətinə 8700 manat nağd kredit və 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Hacıyeva Gülnar Dilsuz qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş nəğd kredit üzrə 8217.97 manat əsas borcu, vəfat etdiyi tarixə 143.73 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla ümumilikdə 8361.71 manat borcu, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş kart limiti üzrə 357.01 manat əsas borcu və vəfat etdiyi tarixə 6.90 manat faiz borcu olmaqla ümumilikdə 363.91 manat borcu qalmışdır. Cavabdeh mərhum Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası oğlu - Cavabdeh qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən cavabdehə müraciət edilsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh miras əmlakın siyahısını notariat kontoruna təqdim etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Hacıyeva Gülnar Dilsuz qızı arasında xx.xx.2023-cü il tarixli, BPM**********02 nömrəli kredit müqavilələrindən görünür ki, bank tərəfindən Hacıyeva Gülnar Dilsuz qızına illik 20.9 faizlə, 48 ay müddətinə 8700 manat nağd kredit və 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart limiti verilmişdir. - 19 dekabr 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Hacıyeva Gülnar Dilsuz qızı tərəfindən həmin gün 8700 (səkkiz min yeddi yüz) manat pul "xxxx" ASC-nin kassasından götürülmüşdür. - AZ-İİ seriyalı, 419401 nömrəli, 23 may 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyeva Gülnar Dilsuz qızı xx.xx.2024-cü il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş nağd kredit üzrə 8217.97 manat əsas borcu, vəfat etdiyi tarixə 143.73 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla ümumilikdə 8361.71 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş kart limiti üzrə 357.01 manat əsas borcu və vəfat etdiyi tarixə 6.90 manat faiz borcu olmaqla ümumilikdə 363.91 manat borcu qalmışdır. - 13 dekabr 2024-cü il tarixli, 2V-163 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası oğlu - Cavabdeh qəbul etmişdir. - xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" ASC tərəfindən mərhum Hacıyeva Gülnar Dilsuz qızının kredit borcunun könüllü ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən oluna hallar: Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Hacıyeva Gülnar Dilsuz qızı arasında xx.xx.2023-cü il tarixli, BPM**********02 nömrəli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Hacıyeva Gülnar Dilsuz qızına illik 20.9 faizlə, 48 ay müddətinə 8700 manat nağd kredit və 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Hacıyeva Gülnar Dilsuz qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş nəğd kredit üzrə 8217.97 manat əsas borcu, vəfat etdiyi tarixə 143.73 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla ümumilikdə 8361.71 manat borcu, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Hacıyeva Gülnar Dilsuz qızının Banka ödənilməmiş kart limiti üzrə 357.01 manat əsas borcu və vəfat etdiyi tarixə 6.90 manat faiz borcu olmaqla ümumilikdə 363.91 manat borcu qalmışdır. Cavabdeh mərhum Hacıyeva Gülnar Dilsuz qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixli bildirişə əsasən "xxxx" ASC tərəfindən mərhum Hacıyeva Gülnar Dilsuz qızının kredit borcunun könüllü ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mübahisəyə dair tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Hacıyeva Gülnar Dilsuz qızı kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh miras qoyanın öhdəliyini icra etməmişdir. Həmçinin cavabdeh məhkəməyə miras qoyanın ölümündən sonra ondan miras qalmış daşınmaz və daşınar əşyalarının siyahısı barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Hacıyeva Gülnar Dilsuz qızının vərəsəsi Cavabdeh nağd kredit üzrə 8217.97 (səkkiz min iki yüz on yeddi manat, doxsan yeddi qəpik) manat əsas, 143.73 (yüz qırx üç manat, yetmiş üç qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8361.71 (səkkiz min üç yüz altmış bir manat, yetmiş bir qəpik) borc, kart limiti üzrə 357.01 (üç yüz əlli yeddi manat, bir qəpik) manat əsas borc və 6.90 (altı manat, doxsan qəpik) faiz borcu olmaqla ümumilikdə 363.91 (üç min üç yüz əlli manat, otuz yeddi qəpik) manat borc tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107.26 (yüz yeddi manat, iyirimi altı qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hacıyeva Gülnar Dilsuz qızının vərəsəsi Cavabdeh nağd kredit üzrə 8217.97 (səkkiz min iki yüz on yeddi manat, doxsan yeddi qəpik) manat əsas, 143.73 (yüz qırx üç manat, yetmiş üç qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8361.71 (səkkiz min üç yüz altmış bir manat, yetmiş bir qəpik) borc, kart limiti üzrə 357.01 (üç yüz əlli yeddi manat, bir qəpik) manat əsas borc və 6.90 (altı manat, doxsan qəpik) faiz borcu olmaqla ümumilikdə 363.91 (üç min üç yüz əlli manat, otuz yeddi qəpik) manat borc və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107.26 (yüz yeddi manat, iyirimi altı qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-3600/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3600/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver