Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3604/2025 17.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı girov olaraq qoyulmuş 35 qram zinət əşyasının naturada özünün, yaxud da dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" İNVEST Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən girov olaraq saxlanılmış 35 qram qızıl-zinət əşyasının naturada özünün, həmin əşya olmadığı təqdirdə isə onun ümumi dəyəri olan pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək xəstə olması ilə bağlı məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında da ərizə verərək işin təxirə salınmasını xahiş etməklə, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və süni olaraq məhkəmənin vaxtını uzatdığı üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı girov olaraq qoyulmuş 35 qram zinət əşyasının naturada özünün, yaxud da dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı girov olaraq qoyulmuş 35 qram zinət əşyasının naturada özünün, yaxud da dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3604/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3604/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver