Məhkəmə qərarları › İş №e-2(125)-3611/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3611/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3611/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3304.00 (üç min üç yüz dörd) manat, faiz borcu üzrə 275.60 (iki yüz yetmiş beş 60 qəpik) manat, cərimə üzrə 117.00 (yüz on yeddi) manat olmaqla ümumilikdə 3696.60 (üç min altı yüz doxsan altı 60 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 57 AZN pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın 11 noyabr 2022-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASCnin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 11 noyabr 2025-ci il tarixə qədər aylıq qalıq borcun 28 % dərəcəsini tətbiq etməklə 3500 manat (üç min beş yüz manat) məbləğində kredit verilmişdir . Həmin kredit müqaviləsi borcalan və kreditor tərəfindən yeni nəsil rəqəmsal imza olan "Sima" elektron imza vasitəsi ilə imzalanaraq təsdiq edilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 11 noyabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) adlı qızıl-zinət əşyalarıBank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə girov qoyulmuşdur. Həmin girov müqaviləsi borcalan (girov qoyan) tərəfindən yeni nəsil rəqəmsal imza olan "Sima" elektron imza vasitəsi ilə imzalanaraq təsdiq edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında 11 noyabr 2022-ci il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 «07» Aprel 2023-cü il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 3304.00 (üç min üç yüz dörd) manat, faiz üzrə 275.60 (iki yüz yetmiş beş 60 qəpik) manat, cərimə üzrə 117.00 (yüz on yeddi) manat olmaqla ümumilikdə 3696.60 (üç min altı yüz doxsan altı 60 qəpik) manat təşkil edir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3397.82 manat, faiz borcu üzrə 279.29 manat, cərimə üzrə 223.48 manat olmaqla ümumilikdə 3900.59 manat və dövlət rüsümu kimi ödənilmiş 57 AZN pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın 11 noyabr 2022-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinyət əşayalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə 11 noyabr 2025-ci il tarixə qədər aylıq qalıq borcun 28 % dərəcəsini tətbiq etməklə 3500 manat (üç min beş yüz manat) məbləğində kredit verilmişdir. İşdə olan 11 noyabr 2022-ci il tarixli Girov müqaviləsindən görünür ki, 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinət əşyaları 11 noyabr 2022-ci il tarixli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. İşdə olan 11 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə iddiaçı Təşkilata olan borcu 3397.82 manat, faiz borcu üzrə 279.29 manat, cərimə üzrə 223.48 manat olmaqla ümumilikdə 3900.59 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 11 noyabr 2025-ci il tarixə qədər aylıq qalıq borcun 28 % dərəcəsini tətbiq etməklə 3500 manat (üç min beş yüz manat) məbləğində kredit verilmişdir. 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinət əşyaları 11 noyabr 2022-ci il tarixli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. 11 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişlər və nəticədə cavabdehin iddiaçı təşkilata 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən kredit üzrə 3397.82 manat, faiz borcu üzrə 279.29 manat, cərimə üzrə 223.48 manat olmaqla ümumilikdə 3900.59 manat borcu yaranmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı bankın kredit müqaviləsi üzrə 223.48 manat cərimə borcunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279–cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İddianın satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı BOKT "xxxx" MMC-nə ödənilməsi hissəsinə qiymət verildiyindən tələbin yuxarıda qeyd olunan hissəsinə təkrarən qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borc üzrə 3397.82 manat, faiz borcu üzrə 279.29 manat, cərimə üzrə 5 manat olmaqla ümumilikdə 3682.11 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 56.44 manatı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələbin 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında 11 noyabr 2022-ci il tarixli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə olan kredit borcu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 56.44 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borc üzrə 3397.82 manat, faiz borcu üzrə 279.29 manat, cərimə üzrə 5 manat olmaqla, ümumilikdə 3682.11 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 56.44 manatı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tələb 11 noyabr 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında 11 noyabr 2022-ci il tarixli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 436 manat dəyərində olan çəkisi 9.7 qr olan 1 ədəd qolbağı(zəncir) və 427 manat dəyərində olan çəkisi 9.5 qr olan 1 ədəd boyunbağı(kubik) qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə olan kredit borcu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar