Məhkəmə qərarları › İş №e-2(125)-3620/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3620/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3620/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciat edərək, cavabdehlə Bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4587,41 manat, faiz borcuna görə 430,39 manat olmaqla, borcun cəmi məbləği 5017,8 manat məbləğində pulun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş, sırqa-üzük-dəst(b) –1 ədəd,çəkisi – 33,4 qr,əyarı -750; klon(b)- 1 ədəd,çəkisi – 8,2 qr,əyarı -750; üzük- 1 ədəd,çəkisi – 9,4 qr,əyarı -750; sırqaüzük-dəst- 1 ədəd,çəkisi – 23,3 qr,əyarı -585; beşlik-qulplu- 1 ədəd,çəkisi – 4,3 qr,əyarı- 880; cəmi: 78,6 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq, əldə edilmiş vəsaitin xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5017,8 manat məbləğində pulun və 71 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda, qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsinə əsasən illik 26% dərəcəsi olmaqla 18 ay müddətinə 6750 manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci bəndi) Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyası girov qoyulmuşdur:Sırqa-üzük-dəst(b) –1 ədəd, çəkisi – 33,4 qr,əyarı -750, klon(b)- 1 ədəd,çəkisi – 8,2 qr,əyarı -750, üzük- 1 ədəd,çəkisi – 9,4 qr,əyarı -750, sırqa-üzük-dəst- 1 ədəd,çəkisi – 23,3 qr,əyarı -585, beşlikqulplu- 1 ədəd,çəkisi – 4,3 qr,əyarı -880, cəmi: 78,6 qr. xx.xx.2024-cü il tarixli GNLMB16134 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq ayda 456,88 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 4587,41 manat, faiz borcuna görə 430,39 manat olmaqla, borcun cəmi məbləği 5017,8 manat təşkiledir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsinə əsasən illik 26% dərəcəsi olmaqla 18 ay müddətinə 6750 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı saxlanc girov müqaviləsinin surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə həmin müqavilə bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyaları girov qoyulmuşdur: dəyəri 3039,4 manat, bazar dəyəri 4503,32 manat olan sırqa-üzük-dəsti(b) –1 ədəd, çəkisi – 33,4 qr,əyarı -750, dəyəri, 746,2, manat, bazar dəyəri 1105,61 manat olan klon(b)- 1 ədəd,çəkisi – 8,2 qr,əyarı -750, dəyəri 855,4 manat, bazar dəyəri 1267,4 manat olan üzük- 1 ədəd, çəkisi – 9,4 qr,əyarı -750, dəyəri 1654,3 manat, bazar dəyəri 2451,18 manat olan sırqa-üzük-dəsti- 1 ədəd,çəkisi – 23,3 qr,əyarı -585, dəyəri 460,1 manat, bazar dəyəri 681,72 manat olan beşlik-qulplu- 1 ədəd,çəkisi – 4,3 qr,əyarı -880 olan. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh GNLMB-16134 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4587,41 manat, faiz borcuna görə 430,39 manat olmaqla, borcun cəmi məbləği 5017,8 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 23 aprel 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 71 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GNLMB-16134 saylı kredit müqaviləsinə əsasən illik 26% dərəcəsi olmaqla 18 ay müddətinə 6750 manat məbləğində cavabdehə kredit verilmişdir.Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin əsas borca görə 4587,41 manat, faiz borcuna görə 430,39 manat olmaqla, cəmi 5017,8 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh əsas borca görə 4587,41 manat, faiz borcuna görə 430,39 manat olmaqla, borcun cəmi məbləği 5017,8 manat borc iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 71 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında yaranan 4587,41 manat əsas, 430,39 manat faiz borcu olmaqla, cəmi 5017,80 (beş min on yeddi) manat 80 qəpik məbləğində pul və İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının birlikdə) əvəzi kimi 71,40 (yetmiş bir) manat 40 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Tutma girov predmeti olan, dəyəri 3039,4 manat, bazar dəyəri 4503,32 manat olan sırqa-üzükdəsti(b) –1 ədəd, çəkisi – 33,4 qr,əyarı -750, dəyəri, 746,2, manat, bazar dəyəri 1105,61 manat olan klon(b)- 1 ədəd,çəkisi – 8,2 qr,əyarı -750, dəyəri 855,4 manat, bazar dəyəri 1267,4 manat olan üzük- 1 ədəd, çəkisi – 9,4 qr,əyarı -750, dəyəri 1654,3 manat, bazar dəyəri 2451,18 manat olan sırqa-üzük-dəsti- 1 ədəd,çəkisi – 23,3 qr,əyarı -585, dəyəri 460,1 manat, bazar dəyəri 681,72 manat olan beşlik-qulplu- 1 ədəd,çəkisi – 4,3 qr,əyarı - 880 olan qızıl zinət əşyalarına yönəldilsin, həmin əşyalar açıq hərracdan satılsın, əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. Əşyaların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda, qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar