Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3652/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi Həşimova Hicran Fəzail qızının iştirakı ilə, iddiaçı X2 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 21 may 2013-cü il tarixli 1xx/xx/2615/13 saylı kredit müqaviləsi üzrə 7800,09 manat məbləğində əsas, 2311,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği olmaqla, cəmi 10111,29 manat, ödənilmiş 120,34 manat dövlət rüsumunun əvəzi və ipotekaların qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evinə və 0,0352 ha torpaq sahəsinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, QSC “Bank Standard” Kommersiya Bankı (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 1xx/xx/2615/13 saylı, 21 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında ona 48 ay müddətinə illik faiz dərəcəsi 20 % olmaqla 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evini və 0,0352 ha torpaq sahəsini 21 may 2013-cü il tarixli 1xx/xx/2615/13 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclasında məhkəməyə iddiaçının nümayəndəsi Nümayəndə2 ayrılıqda, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi Həşimova Hicran Fəzail qızı birgə ərizələr, eləcə də yazılı barışıq sazişini təqdim edərək imzaladıqları barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Sazişin şərtləri aşağıdakı kimidir:
1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 21 may 2013-cü il tarixli, 1xx/xx/2615/13 saylı kredit müqaviləsi (LD**********) üzrə əsas borca görə 5730.09 (beş min yeddi yüz otuz manat, 09 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən əsas borcdan 730 (yeddi yüz otuz) manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir.
3. Bu Sazişin 2.2-ci bəndində göstərilən əsas borcdan 730 (yeddi yüz otuz) manat ödənildikdən sonra əsas borca görə qalan 5000,09 (beş min manat, 09 qəpik) manat borcdan ilkin 500 (beş yüz) manat məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi və yerdə qalan əsas borcun 9 (doqquz) ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 500 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.
4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.
5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən 2 ay ərzində vaxtında əməl edilmədiyi halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və əsas borca görə 5000.09 manat, gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz məbləği 2311.20 (iki min üç yüz on bir manat, 20 qəpik) manat, ümumilikdə 7311,29 (yeddi min üç yüz on bir manat, 29 qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir.
6. Bu sazişin 2.3-cü bəndində göstərilən öhdəliklər tam icra olunduqda, kreditin təmninatı olan Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evi və 0.0352 ha torpaq sahəsi yüklülükdən azad ediləcəkdir.
7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdeh ilə iddiaçı arasında razılaşma əldə olunmuş, bu səbəbdən də tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmçinin məhkəmə xərci üzrə - iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cəmi 350 manat məbləğində ekspertiza xərcinin isə cavabdehə aid edilməsi barədə şifahi qaydada razılığa gəlmişlər. Odur ki, tərəflər arasında barışıq sazişinin təsdiqlənməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Həşimova izahatında bildirdi ki, cavabdeh ilə iddiaçı arasında razılaşma əldə olunmuşdur, bu səbəbdən də tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmçinin məhkəmə xərci üzrə - iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cəmi 350 manat məbləğində ekspertiza xərcinin isə cavabdehə aid edilməsi barədə şifahi qaydada razılığa gəlmişlər. Odur ki, tərəflər arasında barışıq sazişinin təsdiqlənməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdi, əlavə etdi ki, icraata xitam verilməsinin nəticələri ona aydındır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi, əlavə etdi ki, məhkəmə xərci üzrə - iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cəmi 350 manat məbləğində ekspertiza xərcinin isə cavabdehə aid edilməsi barədə şifahi qaydada razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq tərəflərin barışıq sazişinin göstərilən şərtlərini nəzərdən keçirərək hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Belə halda, artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərci - iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş 120,34 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumundan, habelə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasına görə ödənilməli 50 manat və əmlakın qiymətləndirilməsi üzrə tədqiqatın dəyərinə görə ödənilməli 300 manat xərcdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, eləcə də işin barışıqla yekunlaşdığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilməli, bununla belə məhkəmə mühasibatlıq ekspertizasına görə 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və əmlakın qiymətləndirilməsi üzrə tədqiqatın dəyərinə görə 300 manat cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
İddiaçı X2 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 21 may 2013-cü il tarixli, 1xx/xx/2615/13 saylı kredit müqaviləsi (LD**********) üzrə əsas borca görə 5730.09 (beş min yeddi yüz otuz manat, 09 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən əsas borcdan 730 (yeddi yüz otuz) manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir.
3. Bu Sazişin 2.2-ci bəndində göstərilən əsas borcdan 730 (yeddi yüz otuz) manat öənildikdən sonra əsas borca görə qalan 5000,09 (beş min manat, 09 qəpik) manat borcdan ilkin 500 (beş yüz) manat məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi və yerdə qalan əsas borcun 9 (doqquz) ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 500 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.
4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.
5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən 2 ay ərzində vaxtında əməl edilmədiyi halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və əsas borca görə 5000.09 manat, gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz məbləği 2311.20 (iki min üç yüz on bir manat, 20 qəpik) manat, ümumilikdə 7311,29 (yeddi min üç yüz on bir manat, 29 qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir.
6. Bu sazişin 2.3-cü bəndində göstərilən öhdəliklər tam icra olunduqda, kreditin təmninatı olan Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evi və 0.0352 ha torpaq sahəsi yüklülükdən azad ediləcəkdir.
7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi X1 tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Tərəflərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunmaları və onların bu nəticələrlə razılaşmaları nəzərə alınaraq hazırkı mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mütəxəssis rəyi ilə əlaqədar tədqiqatın dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov