Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-366/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 473.62 manat əsas və 1.53 manat faiz borcu olmaqla, cəmi 475.15 (dörd yüz yetmiş beş) manat 15 qəpik kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə göndərərək, cavabdehlərdən 175,12 manat əsas borc və 3 qəpik fair borcu olmaqla, cəmi 175,15 manat məbləğində borcun cavabdehlərdən tutularaq, iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X7 "xxxx" ASC ilə bağladığı BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2500 manat məbləğində kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 543 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən X5 miras əmlakına dair Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı Kənd Ərazisində qeydiyyatda olan arvadı - Cavabdeh1, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı Kənd Ərazisində qeydiyyatda olan qızı - Cavabdeh2, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı Kənd Ərazisində qeydiyyatda olan oğlu -Cavabdeh3 və Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı Kənd Ərazisində qeydiyyatda olan oğlu-Cavabdeh4 ərizələrinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 Banka ödənilməmiş qalan 473.62 manat əsas və 1.53 manat faiz borcu qalmışdır. Cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, mülki işin məhkəmənin icraatında olduğu dövrdə cavabdehlərin borcun bir qismini ödədiklərini, bu səbəbdən iddia tələbinin həcminin azaldıldığını bildirmiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında Cavabdeh3 ilə telefon əlaqəsi saxlanılmış, Cavabdeh3 iddia ərizəsində göstərilmiş borcdan və məhkəmə iclasının vaxtından cavabdehlərin hər birinin məlumatlı olduğunu, borcu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 illik 19 %-lə 48 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş, X7 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə X5 iddiaçı Banka 175,12 manat əsas və 0,03 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 543 nömrəli məktubundan görünür ki, X1 adına Gəncə şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və X1 Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ərizə ilə müraciət edərək mirası qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən X6 illik 19%-lə 48 ay müddətinə 3850 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X7 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borc tam ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X5 öldüyü tarixə BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı Banka 175,12 manat əsas və 0,03 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2dır. X1 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 X3 qalmış mirasın aktiv hissəsini qəbul etdiyindən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, öləndən miras qalmış borcu qəbul etdiyi miras həddində ödənilməsi öhdəliyini də daşıyırlar. Məhkəmə göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, mərhum X3 miras qalmış əmlakın dəyəri onun borcundan daha yüksək dəyərdədir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, X1 ondan qalmış mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ölənin "xxxx" ASCyə olan kredit borcunu ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X5 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 175,12 manat əsas və 0,03 manat faiz borcu olmaqla, cəmi 175.15 manat məbləğində pul alınaraq iddiaçı Banka verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30.40 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********99 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 175,12 manat əsas və 0,03 manat faiz borcu olmaqla, ümumilikdə 175,15 (bir yüz yetmiş beş) manat 15 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30 (otuz) manat 40 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-366/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-366/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver