Məhkəmə qərarları › İş №e-2(125)-367/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-367/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-367/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 792,49 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 187,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 696 manat məbləğində dəbbə pulu, cəmi 1675,99 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus olan 1 (bir) ədəd soyuducu 1300 manat dəyərində, 1 (bir) televizor 1100 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində olmaqla, cəmi 2700 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 792,49 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 187,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 696 manat məbləğində dəbbə pulu, cəmi 1675,99 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 37 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh1 arasında xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN-Z2/2№-li zaminlik müqaviləsi və Cavabdeh3 arasında xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN-Z1/2 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN №-li Girov Müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan 1 (bir) ədəd 1300 manat dəyərində soyuducu, 1 (bir) ədəd 1100 manat dəyərində televizor, 1 (bir) Mebel dəsti 300 manat dəyərində olmaqla, cəmi 2700 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 792,49 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 187,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 696 manat məbləğində dəbbə pulu, cəmi 1675,99 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, çörəkbişirmə sexində işləyir. Arvadı vəfat etmişdir və himayəsində 3 uşaq vardır. Maddi imkanı olmadığı üçün borcu qaytara bilməmişdir. Kredit borcunun cərimə hissəsi ilə razı deyil. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən cavabdehə 18 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 sentyabr 2022-ci il tarixli Girov müqaviləsindən görünür ki, 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 1 (bir) ədəd soyuducu 1300 manat dəyərində, 1 (bir) televizor 1100 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində olmaqla, cəmi 2700 manat məbləğində ev əşyaları 02 sentyabr 2022-ci il tarixli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. İşdə olan 02 sentyabr 2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsi üzrə iddiaçı Təşkilata olan borcu 792,49 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 187,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 696 manat məbləğində dəbbə pulu, cəmi 1675,99 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat məbləğində krеdit verilmişdir. 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 1 (bir) ədəd soyuducu 1300 manat dəyərində, 1 (bir) televizor 1100 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində olmaqla, cəmi 2700 manat məbləğində ev əşyaları 02 sentyabr 2022-ci il tarixli girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. 02 sentyabr 2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh3 və Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişlər və nəticədə cavabdehin iddiaçı təşkilata 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsinə əsasən yaranan 792,49 manat məbləğində əsas kredit borcu və ona hesablanmış187,50 manat faiz borcu vardır. Cavabdeh kredit borcunu vaxtında ödəmədiyindən İddiaçı Təşkilat tərəfindən ödənişlərin gecikdirilməsinə görə 696 manat məbləğində dəbbə pulu hesablanmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı bankın kredit müqaviləsi üzrə 696 manat cərimə borcunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə cərimənin azaldılaraq iddia edilən 696 manat cərimə borcunun 10 faizi qədər, yəni, 69 manat məbləğində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279–cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN №-li kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borc üzrə 792,49 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 187,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 69 manat məbləğində dəbbə pulu, cəmi 1048,99 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 37 manatı İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tələbin xx.xx.2022-ci il tariхli, 2022/00867-EGN №-li kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 (bir) ədəd soyuducu 1300 manat dəyərində, 1 (bir) televizor 1100 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində olmaqla, cəmi 2700 manat məbləğində ev əşyalarına yönəldilməli, həmin ev əşyaları açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 37 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı BOKT ASCnin xeyrinə ödənilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsinə əsasən yaranan 792,49 manat məbləğində əsas kredit birci, 187,50 manat məbləğində faiz borcu və 69 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1048,99 (bir min qırx səkkiz) manat 99 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 (otuz yeddi) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı BOKT ASCnin xeyrinə tutulsun. Tələb 02 sentyabr 2022-ci il tarixli, 2022/00867-EGN saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 02 sentyabr 2022-ci il tarixli girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 (bir) ədəd soyuducu (1300 manat dəyərində), 1 (bir) ədəd televizor (1100 manat dəyərində), 1 (bir) ədəd mebel dəsti (300 manat dəyərində) ev əşyalarına yönəldilsin. Həmin ev əşyaları açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar