Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-368/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya və xx.xx.2023-cü il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə kart kredit limiti üzrə 220 manat əsas kredit borcunun və 6989,80 manat əsas, 172,48 manat faiz borcu olmaqla, cəmi 7162,28 manat kredit borcunun, həmçinin ödənilmiş 93,83 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə X2 (borcalan) arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2022-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti limiti ayrılmış, həmçinin BPM**********21 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə, hesabdan çıxarışa və kassa məxaric orderlərinə əsasən Bank borcalana 48 ay müddətinə illik 18,9 faiz dərəcəsi ilə ödəmək şərtilə ümumilikdə 8400 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan xx.xx.2027-ci il tarixinədək hər ay 250,72 manat, sonuncu ay isə 250,39 manat ödəməli idi. X1 05 may 2024-cü il tarixdə “dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya və kredit müqaviləsinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin əldə olunmuş məlumata görə borcalan xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bankın xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən borcalanın Banka ödənilməmiş 6989,80 manat əsas, 172,48 manat faiz borcu qalmışdır. xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən isə borcalanın Banka ödənilməmiş 220 manat əsas borcu qalmışdır. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, faiz borcu borcalanın öldüyü tarixədək hesablanmış, həmin tarixdən sonra kredit müqavilələri üzrə əlavə faiz borcu hesablanmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan və xx.xx.2023-cü il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə borcalanın arasında sonuncunun adına bank tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxılmasına, borcalanın adına bank hesablarının (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, bundan sonra birlikdə - «Hesab» və ya «Hesablar» adlanacaq), kredit xəttinin (bundan sonra «Kredit» adlanacaq) açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış Kreditdən 10-cu bənddə göstərilmiş təyinat (şəxsi ehtiyaclarının ödənilməsi/istehlak məqsədləri) üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 220 manat əsas borcu təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 6989,80 manat əsas, 172,48 manat faiz borcu olmaqla, cəmi borcu 7162,28 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2101 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə ölmüş X2nun adına xx.xx.2024-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində arvadı - Cavabdeh ərizəsinə reyestrdə 8V-287 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək onlara sözügedən kredit müqavilələri üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqavilələri üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə 3 gün müddətində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma və kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilələr üzrə öhdəlik icra edilməmişdir. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum X2nun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (7382,28 manatdan) yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum X2nun kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 93,83 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşması və xx.xx.2023-cü il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsi üzrə yaranmış, müvafiq olaraq kart kredit limiti üzrə 220 (iki yüz iyirmi) manat əsas kredit borcu və 6989,80 manat əsas, 172,48 manat faiz borcu olmaqla, cəmi 7162,28 (yeddi min bir yüz altmış iki manat iyirmi səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 93,83 (doxsan üç manat səksən üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-368/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-368/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver