Məhkəmə qərarları › İş №e-2(125)-375/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-375/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-375/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanmaya görə 12072,95 manat məbləğində pul vəsaitinin, həmçinin 126,22 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 564673 saylı kompleks bank xidməti müqaviləsinə əsasən sonuncuya debet (Visa Electron) kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********56467300 saylı kart hesabından xx.xx.2017-xx.xx.2019-cu ili əhatə edən dövr ərzində yaranan texniki xəta səbəbindən həmin hesabdan ona aid olmayan pul vəsaitindən (bankın pul vəsaitindən) dəflərlə Türkiyə Respublikasında restoran hesabına 22,16 manat məbləğində ödənişlər (pul köçürmələri) etmişdir.Cavabdeh ona aid olmayan bankın pul vəsaitindən əsassız olaraq 12072,95 manat istifadə etmişdir. xx.xx.2017-ci il tarixli, 564673 saylı kompleks bank xidməti müqaviləsinə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən əsassız əldə etdiyi pulun qaytarılması barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin əməlinə görə polisdə cinayət işi açılmış, daha sonra əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış, məsələ mülki xarakter daşıdığından məhkəməyə müraciət olunması bildirilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2017-ci il tarixli, 564673 nömrəli kompleks bank xidməti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh adına plastik kart hesabı açılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin **********56467300 saylı kart hesabında olan qalıq vəsaitindən 12072,95 manat artıq (overdraft hesabına) istifadə edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə məxsus **********56467300 nömrəli plastik kartdan hesabında olan məbləğdən artıq istifadə edərək 12072,95 manat məbləğində pulu hüquqi əsas olmadan özündə saxlayaraq geri qaytarmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq overdrafta yol verməklə hesabında olan məbləğdən artıq 12072,95 manat pulu çıxararaq həmin pulu heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 12072,95 manat pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 126,22 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 12072,95 (on iki min yetmiş iki manat 95 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,22 manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar