Məhkəmə qərarları › İş №e-2(125)-3774/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3774/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3774/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020 manat məbləğində sığorta ödənişi məbləğinin və 40,60 manat dövlət rüsumunun cavabdehdən və X1 tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 16 noyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 noyabr 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən idarə olunan «VAZ-21074» markalı **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədəmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı 2020 manat məbləğində sığorta ödənişi verilmişdir. İddia tələbinə görə «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olduğundan və avtomobili etibarnamə olmadan Cavabdeh idarə etdiyindən, onların hər ikisi mülki məsuliyyət daşıyır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi elektron qaydada ərizələrlə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, avtomobilin qanuni sahibi X8 ilə iddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə PGU********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X2 qanuni sahibliyində olan «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 12 ay müddətinə yəni, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin etibarnamə olmadan idarə etdiyi «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 idarə etdiyi «VAZ-21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, bununla əlaqədar Gəncə şəhəri X14 Şöbəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, Gəncə şəhəri X14 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və müvafiq çıxarışdan görünür ki, «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Digər - «VAZ-21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi isə X9r. İş materiallarına əlavə edilmiş, sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. “Praqma Consulting” daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti tərəfindən verilmiş DDƏQ/113-012/22 nömrəli Daşınar əmlaka dəymiş ziyanın dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyinə görə «VAZ-21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 13 dekabr 2022-ci il tarixinə 2020 manat təşkil edir. PGU-223581 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, iddiaçı ASC tərəfindən 2020 manat məbləğində sığorta ödənişinin X6 hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 171446 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ASC tərəfindən X6 bank hesabına 2020 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2022-ci il tarixində, saat 23:29 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş «VAZ-21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs eyni şəxs, yəni X10 olmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2022-ci il) sığorta hadisəsi baş vermiş və cavabdehin etibarnamə olmadan idarə etdiyi sığortalanmış «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 idarə etdiyi «VAZ-21074» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilə görə X6 bank hesabına 2020 manat köçürülmüşdür. Həmçinin, Gəncə şəhəri X14 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ...25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sığorta müqaviləsində sığortalı qismində «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər qanuni sahibi X8 göstərilmişdir. Əmlak sığortası müqavilələrində (mülki məsuliyyətin icbari sığortası da əmlak sığortası hesab olunur) əmlakın mülkiyyətçisi də sığorta olunan hesab edilir. İddiaçının təqdim etdiyi sənədlərdən həmin əmlakın mülkiyyətçisinin X7 olması müəyyən olunur. İddiaçı, isə Cavabdeh qarşı iddia tələbi irəli sürmüş, subroqasiya tələbinin əsası kimi İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda olaraq subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında verilmiş sığorta ödənişi həcmində pulun Cavabdeh tutulmalı olması barədə mötəbər sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Bununla belə, qeyd edilməlidir ki, iddiaçı sığorta müqaviləsini bağlamış və sığortalı olaraq qeyd olunmuş X1 mülki məsuliyyət əsasında sığorta ödənişinə görə pul tələb etsə də X5 hazırki iş üzrə cavabdeh qisində cəlb etməmiş, ona qarşı iddia tələbi irəli sürməmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində eletron kabinetə malik olan, eləcə də peşəkar hüquqşünaslarla təmsil olunan hüquqi şəxs olan iddiaçıya dəfələrlə şərait yaradılsa da iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinin xahiş etdi hissəsində pulun tutulmasını tələb etdiyi X5 cavabdeh, yaxud əsl cavabdeh qismində işə cəlb etməmiş, ümumiyyətlə bu hala aydınlıq gətirməmiş, həmin şəxsi iddia ərizəsində nə üçün cavabdeh kimi göstərmədiyini aydınlaşdırmamış, hər dəfə işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-nin 5.1-ci maddəsi). Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (MPM-nin 50.1-ci maddəsi). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (MPM-ni 50.3-cü maddəsi). Qeyd edilən müddəalardan da göründüyü kimi, iddia tələbi ona cavab verməli olan, cavabdehlik daşıyan şəxsə yönəlməlidir. Belə ki, yuxarıda da qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində pulun tutulmasını sığortalı X1 tələb etsə də, sonuncu hazırkı mülki iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş, cavabdeh kimi ona qarşı hər hansı tələb yönəlməmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Həmçinin, MPM-ə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (77.1, 217.3 və 217.4-cü maddələr). Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar