Məhkəmə qərarları › İş №e-2(125)-3775/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3775/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3775/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişi həcmində pulun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 37,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 16 mart 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Sonata” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 15 dekabr 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X13 tərəfindən idarə olunan “Mercedes-Benz C180” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı, X7 tərəfindən idarə olunan “Mercedes-Benz C180” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı və X11 tərəfindən idarə olunan “VAZ- 21061” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı cəmi 1700 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin arayışından görünür ki, “Hyundai Sonata” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X15 olmuşdur, idarə etmək üçün xx.xx.2022-ci il tarixli etibarnamə bir il müddətinə Cavabdeh verilmişdir. xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X10 məxsus olmuş “Hyundai Sonata” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün mülki məsuliyyət sığorta olunaraq, sığorta təminatı almışdır. Sığorta xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 3(125)-1257/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) törətməkdə təqsirli bilinmiş və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə tənbehi verilmişdir. "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktından görünür ki, zərərçəkən X8 məxsus “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 900 manat təşkil edir. "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktından görünür ki, zərərçəkən X1 olan “Mercedes-Benz C 180” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 700 manat təşkil edir. "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktından görünür ki, zərərçəkən X5 məxsus “Mercedes-Benz C 180” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 100 manat təşkil edir. 23 yanvar 2023-cü il tarixli PGU-230024 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 900 manat məbləğində sığorta ödənişinin X6 hesabına köçürülməsi qərara alınmışdır. 23 yanvar 2023-cü il tarixli PGU-230025 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 700 manat məbləğində sığorta ödənişinin X2 hesabına köçürülməsi qərara alınmışdır. 23 yanvar 2023-cü il tarixli PGU-230026 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 100 manat məbləğində sığorta ödənişinin X3 hesabına köçürülməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 yanvar 2023-cü il və 25 yanvar 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC tərəfindən X6 bank hesabına 900 manat, X9 bank hesabına 700 manat və X3 bank hesabına 100 manat pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçı sığorta şirkəti tərəfindən mülki məsuliyyəti sığortalanmış “Hyundai Sonata” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Cavabdeh avtomobili qanuni əsaslarla idarə etdiyindən sığorta olunan hesab edilir. Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmiş və buna görə inzibati qaydada tənbeh edilmişdir. Cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində üç avtomobilə maddi zərər vurulmuş, həmin zərərin əvəzi ümumilikdə 1700 manat olmaqla, iddiaçı tərəfindən sığorta ödənişi kimi zərərçəkmiş şəxslərə ödənilmişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə və bu zərər nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə edilərkən vurulduğuna görə iddiaçının ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 1700 manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 37,40 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 1700 (bir min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,40 manat (otuz yeddi manat qırx qəpik) pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar