Məhkəmə qərarları › İş №e-2(125)-3804/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3804/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3804/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: BOKT "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan onun xeyrinə 1493,60 manat əsas, 62,56 manat faiz borcu olmaqla, cəmi 646,42 manat borcun və 43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «16» Yanvar 2024-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə «16» İyul 2025-ci il tarixə qədər aylıq qalıq borcun 30 % dərəcəsini tətbiq etməklə 3000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1Gündüz oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1Gündüz oğlu müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1Gündüz oğlu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında «16» Yanvar 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1Gündüz oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1Gündüz oğlunun və Cavabdeh2 «27» May 2025-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1493.6 manat, faiz üzrə 62.56 manat, cərimə üzrə 646.42 manat olmaqla ümumilikdə 2202.58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - BOKT "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «16» Yanvar 2024-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə «16» İyul 2025-ci il tarixə qədər aylıq qalıq borcun 30 % dərəcəsini tətbiq etməklə 3000 manat məbləğində kredit verilmişdir.(kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə BOKT "xxxx" ASC arasında bağlanmış «16» Yanvar 2024-cü il il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürərək Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - BOKT "xxxx" ASC-nin 27 may 2025 tarixli maliyyə arayışından müəyyən olunur ki, «16» Yanvar 2024-cü il il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə BOKT "xxxx" ASC-yə 1493,60 manat əsas, 62,56 manat faiz borcu və 646,42 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələrinə əsasən BOKT "xxxx" ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia əsas və faiz borcu tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, iddia 646,42 manat cərimə borcu tələbi hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehin 1493,60 manat məbləğində əsas borcuna görə 646,42 manat cərimə borcunun hesablanması tənasübsüz surətdə yüksək olan məbləğ kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin 1493,60 manat məbləğində əsas borcuna görə, həmin məbləğdə borcun 10 faizi qədər, yəni, 149 manat məbləğində cərimə borcunun hesablanması kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınmış kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan qəbzdən müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı Bank tərəfindən 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir İddia əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 43 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. BOKT "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «16» Yanvar 2024-cü il il tarixli kredit müqaviləsinə əsasən yaranan 1493,60 manat əsas, 62,56 manat faiz borcu, 149,42 manat cərimə borcu olmaqla, cəmi 2202,58 (iki min iki yüz iki) manat 58 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT "xxxx" ASC-nin hesabına ödənilsin. Cərimə üzrə borc tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin olunmasən. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar