Məhkəmə qərarları › İş №e-2(125)-3831/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3831/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3831/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İş № e-2(125)-3831/2025 Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsi İddia ərizəsini qəbul etməkdən imtina haqqında QƏRARDAD 05 iyun 2025-ci il Gəncə şəhəri Hakim Quliyev Camal Yusifəli oğlu, «X6» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: «X6» ASC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli, 2968sGNDJ/20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.111 manat 59 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 654 manat 11 qəpik, cərimə qismində 343 manat 06 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş «X6» ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2968sGNDJ/20 nömrəli kredit müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, «Bank» «borcalan»ın bu müqavilənin 4.2.14-cü bəndində qeyd olunmuş mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə sms göndərir. Borcalan tərəfindən əldə olunmuş smsdən sonra razılıq bildirən cavab sms tələb olunmur. Bu müqaviləni imzalamaqla borcalan bütün şərtləri qəbul etmiş sayılır. Borcalan kart vasitəsilə kredit xəttindən istifadə etdiyi məbləğdə öz üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödənişi ilə razılaşmadığı barədə banka qarşı heç bir tələb irəli sürə bilməz. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə «borcalan» tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitinin çıxarılması və ya nağdsız ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Borcalana verilmiş 16 rəqəmli ödəniş kartı borcalanı eyniləşdirmək üçün verilir. Bu müqavilə üzrə sms vasitəsilə borcalan və bankın bütün yazışmaları bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Lakin «X6» ASC iddia tələbinin əsası qismində xx.xx.2020-ci il tarixli, 11520sGNDJ/19 nömrəli kredit müqaviləsinə istinad etməklə, ödənilməmiş əsas borcun əvəzi qismində 3.111 manat 59 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 654 manat 11 qəpik, cərimə qismində 343 manat 06 qəpik məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etsə də, həmin kredit müqaviləsinin 1.5-ci bəndində nəzərdə tutulan «SMS»-lərin göndərilməsini, pul vəsaitinin köçürülməsini istinad edildiyi hesabın Cavabdeh məxsus olmasını, eləcə də nəzərdə tutulan kredit məbləğinin Cavabdeh təqdim olunmasını (sms bildirişini, kassa məxaric orderini, bank kartının təqdim olunmasına dair qəbzi və s.) təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «X6» ASC tərəfindən ödənilmiş 61 manat 09 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən «X6» ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «X6» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 61 (altmış bir) manat 09 (doqquz) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ AZ 2000, Gəncə şəhəri, Atatürk prospekti 256 Tel: (022) 266-20-80, Faks: (022) 256-02-91 № 2(125)-1245/2022 22 iyul 2022-ci il X2 Gəncə şəhəri, Əkbər Babayev küçəsi, 9A Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2022-cı il tarixli, 2(125)-1245/2022 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma : qərardadın surəti – 03 vərəqədə. Hakim Camal Quliyev İş № e-2(125)-3831/2025 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Gəncə Şəhər Məhkəməsi 05 iyun 2025-ci il Gəncə şəhəri Hakim Quliyev Camal Yusifəli oğlu, «X6» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 15:00-da başladı. İşə baxan hakim olaraq ərizəni və iş materiallarını nəzərdən keçirib, «X6» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina barədə qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti 05 iyun 2025-ci il tarixdə saat 15:15-də qurtardı. Hakim Camal Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ AZ 2000, Gəncə şəhəri, Atatürk prospekti 256 Tel: (022) 266-20-80, Faks: (022) 256-02-91 № 2(125)-1148/2022 18 iyul 2022-ci il X3 Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 28, mənzil 30 (Kəpəz rayonu) Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-cı il tarixli, 2(125)-1148/2022 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma : qərardadın surəti – 02 vərəqədə. Hakim Camal Quliyev İş № 2(125)-1245/2022 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) 22 iyul 2022-ci il Gəncə şəhəri Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, iddiaçı X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və X4 qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkün çıxarışının ləğv edilərək, 26,9 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və X4 məxsus torpaq sahəsində A.B.Həsənovun vəsaiti hesabına ara hasarın çəkilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mülkün 107,2 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi, həmin ünvanda yerləşən mülkün torpaq sahəsinin bir hissəsi üzərində qeyri-qanuni olaraq, başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında cavabdeh orqanın təqsiri olan əməkdaşlarının müəyyən edilərək, barələrində xüsusi qərardad çıxarılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdim. Prosessual hərəkəti saat 10:25-də başladım. İşə baxan hakim olaraq ərizəni və iş materiallarını nəzərdən keçirib, iddiaçı X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və X4 qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkün çıxarışının ləğv edilərək, 26,9 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və X4 məxsus torpaq sahəsində A.B.Həsənovun vəsaiti hesabına ara hasarın çəkilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mülkün 107,2 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi, həmin ünvanda yerləşən mülkün torpaq sahəsinin bir hissəsi üzərində qeyri-qanuni olaraq, başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında cavabdeh orqanın təqsiri olan əməkdaşlarının müəyyən edilərək, barələrində xüsusi qərardad çıxarılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti 22 iyul 2022-ci il tarixdə saat 10:35-də qurtardım. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar