Məhkəmə qərarları › İş №e-2(125)-3869/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3869/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3869/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nın vərəsəsi, Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsəsi, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" ASC-nin xeyrinə BPM**********26 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4292,70 manat əsas, 75,11 manat faiz borcu olmaqla, cəmi 4367,81 manat kredit borcunun, BPM**********26 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 281,70 manat əsas, 4,66 manat faiz borcu olmaqla, cəmi 286,36 manat kredit borcunun, ödənilmiş 66,58 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-in Gəncə filialı ilə mərhum X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 4350 manat nağd və xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində kart krediti limiti verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, məktubuna əsasən məlum olmuşdur ki, X3 miras əmlakına dair Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən mərhum X1nın banka ödənilməmiş 4292,70 manat əsas borc, 75,11 manat faiz borcu, həmçinin xx.xx.2025-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən mərhum X1nın banka ödənilməmiş 281,70 manat əsas, 4,66 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş :- xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 4350 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, X4 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X5 4306,50 manat pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialından qəbul etmişdir. Maliyyə arayışlarından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4292,70 manat əsas, 75,11 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 281,70 manat əsas, 4,66 manat faiz borcu qalmışdır. AZ-İİ 158426 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1000 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 adına Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh 2V-209 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib hesb edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli nağd kredit müqaviləsi üzrə 4292,70 manat əsas, 75,11 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli kart kredit limiti müqaviləsi üzrə 281,70 manat əsas, 4,66 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 4654,17 manat kredit borcu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 66,58 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli nağd kredit müqaviləsi üzrə 4292,70 manat əsas, 75,11 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********26 nömrəli kart kredit limiti müqaviləsi üzrə 281,70 manat əsas, 4,66 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 4654,17 (dörd min altı yüz əlli dörd manat 17 qəpik) manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 66,58 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar