Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3919/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçıSC-nin nümayəndəsi X1, Cavabdehnun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı müqaviləyə əsasən 461.35 manat əsas, 11.53 manat faiz borcu, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz-komisyon haqqı borcu, xx.xx.2014-cü il tarixdə DK0569817/13 saylı müqavilə əsasında sms vasitəsilə bağlanmış LS0194317/14 saylı müqaviləyə əsasən 5628.13 manat əsas, 79.52 manat faiz borcu olmaqla, cəmi 6335.53 manat borcun və 84 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı və xx.xx.2014-cü il tarixdə sms vasitəsilə bağlanmış LS0194317/14 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 6992 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X3 Banka ümumi olaraq 6335.53 manat borcu vardır. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh (arvadı) X3 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsəsinə qalan miras əmlak Gəncə şəhəri DTİMHQİ tərəfindən xx.xx.2004 tarixdə verilmiş 10075 nömrəli qeydiyyat vəsiqəsinə AR ƏMDK yanında DƏRDX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018 tarixli 718 N-li arayışına əsasən miras qoyan X4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.8 kv/m, yaşayış sahəsi 30.9 kv/m, yardımçı sahəsi 24.9 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan Məcəllənin 1306.1-1306.2-ci maddələrinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, mərhum əri X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı və xx.xx.2014-cü il tarixdə sms vasitəsilə bağlanmış LS0194317/14 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 6992 manat məbləğində kredit vermişdir. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı bank 3 illik iddia müddətini ötürməklə məhkəməyə yalnız xx.xx.2023-cü ildə müraciət etmişdir. İddia müddəti ötdüyü üçün məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı və xx.xx.2014-cü il tarixdə sms vasitəsilə bağlanmış LS0194317/14 saylı kredit müqavilələrindən görünür ki, iddiaçı bank tərəfindən X4 xx.xx.2016-cı il tarixədək kredit xətti açmış və sonuncuya ümumilikdə 6992 manat məbləğində kredit verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan 23 aprel 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdehdır. Miras əmlak X4 məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarətdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı və xx.xx.2014-cü il tarixdə sms vasitəsilə bağlanmış LS0194317/14 saylı kredit müqavilələrə əsasən iddiaçı bank tərəfindən X4 xx.xx.2016-cı il tarixədək kredit xətti açmış və sonuncuya ümumilikdə 6992 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. 23 aprel 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən X3 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2023-cü ildə iddia qaldırmışdır, halbuki, Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında xx.xx.2016-cı tarixədək bağlanmış və tərəflər həmin müddət ərzində kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçıSC-nin Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0833617/13 saylı müqaviləyə əsasən 461.35 manat əsas, 11.53 manat faiz borcu, xx.xx.2013-cü il tarixli, DK0569817/13 saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz-komisyon haqqı borcu, xx.xx.2014-cü il tarixdə DK0569817/13 saylı müqavilə əsasında sms vasitəsilə bağlanmış LS0194317/14 saylı müqaviləyə əsasən 5628.13 manat əsas, 79.52 manat faiz borcu olmaqla, cəmi 6335.53 manat borcun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-3919/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3919/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver