Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3949/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdi: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 488,98 manat əsas borc, 21,56 manat faiz borcu, 51,20 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 0,50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, 4,80 manat olmaqla, cəmi 567,04 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X4 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 700 manat məbləğində kredit limiti (kredit xətti) ayrılmışdır. İddiaçı həmin müqaviləyə əsasən cavabdehə qarşı yuxarıda göstərilən tələbləri irəli sürmüşdür. İddiaçı tərəfindən cavabdehin kredit limitindən istifadə etməsini (hansı tarixdə, hansı məbləğdə kreditdən istifadə edilməsi) təsdiq edən sübutlar və hesabdan çıxarış təqdim edilməmişdir. Qeyd edilməlidir ki, ərizəyə əlavə edilmiş müqavilədə kredit xəttinin açılması nəzərdə tutulduğundan əlavə olaraq cavabdehin iddiaçının verməyi öhdəsinə götürdüyü kreditdən istifadə edib-etməməsinin təsdiq olunması da zəruridir. Sadələşdirilmiş icraat qaydasında işə yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Cavabdehin kredit kartı müqaviləsi üzrə ayrılmış limitdən istifadə etməsi barədə sənəd əlavə edilmədiyindən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-3949/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3949/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver