Məhkəmə qərarları › İş №e-2(125)-3960/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3960/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3960/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 0021/013 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.961 manat 87 qəpik, hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 156 manat 37 qəpik, cərimə qismində 1.846 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab olunur ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı həmin tələb üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1249/2021 nömrəli qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1249/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh əsas borcun əvəzi qismində 2.961 manat 87 qəpik, hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 86 manat 82 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. Göründüyü kimi İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi üzrə iddiasına Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1249/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən ödənilmiş 67 manat 60 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********7) dövlət büdcəsindən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 67 manat 60 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********7) dövlət büdcəsindən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar